Ürək çatışmazlığı nədir?

Ürək çatışmazlığı nədir?
Ürək çatışmazlığı elə patoloji haldır ki, bu zaman ürəyin funksiyasının pozğunluğu onun qanı orqanizmin metobolik təlabatını təmin etmək üçün lazım olan sürətlə qovmağa qabil olmamasına gətirib çıxarır.
Ürək çatışmazlığı ürəyin yığılma funksiyasının pozulması və orqanizmin fiziki tolerantlığa qarşı zəif olmasına səbəb olan sindromdur.
Sfera.az immunitet.az-a istinadən bildirir ki, ürək çatışmazlığı zamanı dövr edən qanın həcminə və hemoqlabinin miqdarına baxmayaraq ürəyin lazım olan qidalı maddələr və oksigenlə təmin olmamasıdır.
Ürək çatışmazlığı sol mədəciyin dolma təzyiqi və dəqiqəlik həcmi arasında anolal asılılıq xüsusiyyəti olan patoloji bir haldır.
Bu zaman simpatik sinir sisteminin aktivləşməsi, baroreseptorların zəifləməsi, neyrohumoral dəyişikliklər baş verir. Xəstəlik aşağıdakı simtomlarla özünü göstərir:
- təngnəfəslik
- yorğunluq hissi
- ödemlər
- durğunluq xırıltıları
- fiziki yükə qarşı zəiflik.
Ürək çatışmazlığını aşağıdakı növləri var:
- Durğunluq ürək çatışmazlığı.
Bu zaman xəstələr fiziki yükə qarşı dözümsüz olurlar. Xəstəlik orqanizmdə mayenin ləngiməsi və ömrün qısalması ilə xarakterizə olunur.
- Qan dövranı çatışmazlığı.
Bu elə patoloji hala deyilir ki, bu zaman ürək-qan-damar sistemi üzv və toxumalara onların ehtiyacı olduğu qədər qida və oksigen daşıya bilmir. Bu vəziyyət təkcə ürəyin və tək-tək damarların deyil, bütün ürək-damar sisteminin zədələnməsi ilə müşayət olunur. Ürək çatışmazlığının əsas səbəbləri bunlardır:
- kəskin miokard infarktı
- sol mədəciyin zədələnməsi
- papillyar əzələlərin cırılması
- mədəcik daxili çəpərin çırılması
- ağır aritmiyalar
- paroksizmal mədəcik taxikardiyası
- bradikardiyanın qəfləti inkişafı
- ağciyər arteriyasının tromboemboliyası
- ürəyin tamponadası
- ürəyin travması
- anemiyalar
- triotoksik ürək.

OXŞAR XƏBƏRLƏR

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...

Qayınatasını öldürmək istədi, özü öldü

Abşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.   Sfera.az ...

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu bar...

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...