Bu rayonlara dolu düşüb - FAKTİKİ HAVA

Bu rayonlara dolu düşüb - FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində müşahidə edilən hava şəraiti ilə bağlı məlumatı açıqlayıb.

 

Xidmətdən Sfera.az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, Balakən-Şəki zonasında intensiv olub.

 

Sel: Yağan intensiv yağışlarla əlaqədar saat 13:30-da Balakənçaydan (Balakən), 14:30-da Talaçaydan (Zaqatala), saat 16:30-da Qabırrı çayından (Samux) sel keçib.

 

Yağan yağıntının miqdarı: Zaqatalada 29.0 mm, Balakəndə 22.0 mm, Qaxda 18.0 mm, Naftalanda 14.0 mm, Şəkidə 9.0 mm, Oğuzda 7.0 mm, Şahdağda 6.0 mm, Şahbuz, Ordubadda 4.0 mm, Şərurda 3.0 mm, Sədərəkdə 2.0 mm, Naxçıvan, Gədəbəy, Göygöl, Quba, Mingəçevir, Yevlax, İmişli, Sabirabad, Neftçala, Bakıda və Abşeron yarımadasında 1.0 mm-dək olub.

 

Külək: Şimal-qərb küləyi arabir Naftalanda 32 m/s, Daşkəsəndə 30 m/s, Ağdamda 28 m/s, Göyçay, Cocuqmərcanlıda 25 m/s, Tərtər, Mingəçevir, Yardımlı, Zərdab, Gəncədə 24 m/s, İsmayıllı, Şirvan, Bərdədə 22 m/s, Kəlvəz, Göygöldə 21 m/s, Astara, Balakən, Beyləqan, Şəki, Zaqatala, Ağstafa, Şahdağ, Gədəbəydə 20 m/s, Qobustanda 19 m/s, Altıağac, Çeyrançöl, Yevlax, Kürdəmir, Tovuz, Cəfərxanda 18 m/s, Lerik, Ağsu, Sabirabadda 17 m/s, Naxçıvan, Xaltan, Qrız, Şirvan, Biləsuvarda 16 m/s, Qaxda 15 m/s, Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.2 metrə çatıb.

 

Dolu: Aprelin 13-ü saat 12:14-13:03 radələrində Əlibəy (Zaqatala) ərazisində leysan yağış ilə bərabər diametri 5 mm, saat 14:10-14:20 radələrində Yevlax, Tərtərdə diametri 3 mm, saat 11:55-də Zaqatala şəhərinin şimal hissəsinə, saat 13:15 radələrində Qax rayonu Güllük kəndi ərazisinə, saat 13:28-də Şəki rayonuna, saat 15:40 radələrində isə Xınalığa dolu düşüb.


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...