Balakəndə "avtoş"luq edib videosunu paylaşan şəxs HƏBS OLUNDU - FOTO

Balakəndə

Balakən rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.

 

Daxili İşlər Naziriyinin mətbuat xidmətinin Şəki regional qrupundan Sfera.az-a verilən məlumata görə, əsasən hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən tədbirlər zamanı kobud qayda pozuntuları törədərək digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan, sürücülük hüququ olmadan avtomobil idarə edən, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verən sürücülər müəyyən olunub. Qanunvericiliyin tələbləri onlara izah edilib və avtomobillər özlərinin də iştirakı ilə müvəqqəti duracağa yerləşdirilib.

 

Keçirilən tədbirlər zamanı istifadələrində olan “VAZ-2107” markalı avtomobillərdə konstruksiya dəyişikliyi edən, şəhər ərazisində kobud qayda pozuntuları törədərək digər hərəkət iştirakçılarının da haqlı narazılığına səbəb olan və bu əməllərini sosial şəbəkələrdə paylaşan rayon sakinləri Yusif Əzizov və Tural Məmmədov da saxlanılıb.  Yoxlama zamanı məsuliyyətdən yayınmağa çalışan Yusif Əzizov polis əməkdaşının qanuni tələbinə məhəl qoymayıb və ictimai asayişin pozulmasına yönələn hərəkətlərə yol verib.


Hər iki şəxs polis şöbəsinə dəvət edilib, T.Məmmədov barəsində inzibati tənbeh tədbiri görülüb, Y.Əzizov barəsində isə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin də qərarı ilə o,10 sutka inzibati həbs olunub.

 

Baş verə biləcək xoşagəlməz halların qarşısının alınması, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmini məqsədilə bu istiqamətdə tədbirlər davam etdiriləcək.

 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...