“Azərlotereya” ASC-yə yeni icraçı direktor təyin olundu

“Azərlotereya” ASC-yə yeni icraçı direktor təyin olundu

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-nin İdarə Heyətində dəyişiklik olub. Şirkətin Maliyyə departamentinin baş rəhbəri vəzifəsində çalışan Osman Karakuş İdarə Heyətinin sədri/İcraçı direktoru təyin olunub. O, bu vəzifədə Türkiyənin ən böyük şans və mərc oyunları şirkəti “Misli.com”a icraçı direktor vəzifəsinə təyin olunan Zafer Reisoğlunu əvəzləyib.  

 

Osman Karakuş 1996-cı ildə Ankara Universitetinin Siyasi Elmlər fakültəsi dövlət idarəçiliyi ixtisası üzrə bitirib, Qalatasaray Universitetində iqtisadiyyat hüququ üzrə magistr təhsilini, 2016-2017-ci illərdə İngiltərənin Durham Universitetində MBA təhsilini tamamlayıb. 

 

O, karyerasına 1997-ci ildə “Vakıfbank”da maliyyə analitiki kimi başlamış, 2003-2004-cü illərdə “Kuveyt Türk”də maliyyə analitiki, 2004-2010-cu illərdə “Turkcell Inteltek”də maliyyə meneceri, 2010-cu ildə “Azerinteltek” QSC-də mühasibat, vergi və xəzinədarlıq meneceri vəzifələrində çalışmışdır. 2017-ci ildə “PepsiCo”da Qrup xəzinədarlığı və vergi meneceri kimi fəaliyyətə başlayan Osman Karakuş 2020-ci ildə “Demirören Holding”ə qoşulub. O, 2021-ci ilin avqust ayından “Azərlotereya” ASC-nin Maliyyə departamentinin baş rəhbəri vəzifəsində çalışırdı. 

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərlotereya” ASC-nin idarəetməyə verilməsi barədə 16 yanvar 2021-ci ildə Sərəncam imzalamışdır. Sərəncamın icrası ilə əlaqədar İqtisadiyyat Nazirliyinin təsisçisi olduğu “Azərlotereya” ASC-nin Türkiyənin dünyada nüfuzlu “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə müəssisəsi olan “YMT Sans B.V.” şirkətinə 10+5 illik müddətə idarəetməyə verilməsi ilə bağlı 27 fevral 2021-ci ildə müqavilə imzalanıb. 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...