"Azərbaycanla sərhəddə silahlı qüvvələrin əvəzinə onlar yerləşdirilməlidir" - Ermənistan XİN rəhbəri

Azərbaycanla sərhəddə silahlı qüvvələrin sərhədçilərlə əvəzlənməsi yekun həllin tərkib hissəsi olmalıdır.

 

Sfera.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in sədri Bujar Osmani ilə birgə mətbuat konfransı zamanı bildirib. O qeyd edib ki, bütün ölkələrdə sərhəd mühafizə xidmətləri təchizat baxımından silahlı qüvvələrdən fərqlənir. 

 

Mirzoyanın dediyinə görə, o əmindir ki, sərhədə nəzarətin sərhəd mühafizə xidmətinə verilməsi növbəti yeni münaqişələrin ehtimalını xeyli azaldacaq.

 

O əlavə edib ki, indi iki ölkə sərhədinin bəzi hissələrində artıq sərhədçilər dayanıb və təcrübə göstərir ki, həmin ərazilərdə toqquşmaların baş vermə ehtimalı daha azdır.

 

Əzizə

 


OXŞAR XƏBƏRLƏR