"Fransa bu bəyanatla növbəti dəfə Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş etdirdi" - Politoloq

Fransa növbəti dəfə ənənəvi ermənipərəst mövqedən çıxış edib. Belə ki, bu ölkənin Xarici İşlər Nazirliyi 11 apreldə Laçın istiqamətində ermənilərin təxribatı nəticəsində yaranan insidentlə bağlı Azərbaycana qarşı yalançı və əsassız məqamların əks olunduğu bəyanat yayıb.

 

Bəyanatda bəzi məqamlar diqqət çəkir:

 

Birincisi, Fransa tərəfləri danışıqlar yolu ilə delimitasiya prosesini dəstəkləməyə çağırıb, eyni zamanda Ermənistanın “ərazi bütövlüyünə hörmət” və Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xəttinin Ermənistan tərəfindəki “işğal olunmuş mövqelər”dən çıxarılmasını gələcək insidentlərin qarşısının alınması və regionda davamlı sülh üçün “vacib” hesab edib.Halbuki insident Aprelin 11-i bilavasitə Ermənistan silahlı qüvvələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərinə hücum etməsi nəticəsində baş verib. Fransa tərəfi isə ədalətsiz şəkildə bəyanatında Azərbaycana mesaj ünvanlayıb.

 

İkincisi, Fransa sərhədin Ermənistan tərəfində yerləşdirilmiş, gərginliyin azaldılmasında “əsas rol oynayan” Aİ müşahidə missiyasının fəaliyyətini tam dəstəklədiyini vurğulayıb.Halbuki, son zamanlar Ermənistan hakimiyyətinin ritorikasını sərtləşdirməsi, irəli sürülən bütün təşəbbüşləri bloklaması və Azərbaycana qarşı əsassız iddialarla çıxışlar etməsi məhz Aİ-nin missiyası ilə bağlıdır. Sirr deyil ki, Avropa İttifaqının missiyasının Ermənistana gəlməsi bu ölkənin hakimiyyətini cəsarətləndirib. Ermənistan bu missiyanı öz təcavüzkar siyasətinin bir hissəsinə çevirir.

 

Nəticə etibarilə Fransa bu bəyanatla növbəti dəfə qeyri-ədalətli mövqe nümayiş etdirib. Rəsmi Parisin mövqeyini qərəzli edən əsas məqam isə şübhəsiz 25 ilə yaxın müddətdə Azərbaycan-Ermənistan münaqişəsində vasitəçi olarkən Ermənistanın təcavüzünə və işğalçı siyasətinə qiymət verməməsi münaqişənin həllində çalışmamasıdır.

 

Müəllif: Politoloq Turan Rzayev

 


 


OXŞAR XƏBƏRLƏR

Beynəlxalq axtarışda idi - Almaniyada saxlanıldı

“Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Məmmədov A...

Türkiyə XİN: Dünyada yeni sistemin yaranması üçün Qərbi özləməyə ehtiyac yoxdur

Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkən...

ABŞ Azərbaycana daha iki minaaxtaran it göndərdi

ABŞ-dən Azərbaycana daha iki minaaxtaran it gətirilib.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabın...

Vətəndaşlar pullarını necə idarə etməlidirlər? - İqtisadçıdan MƏSLƏHƏT

Bəzi vətəndaşlar aldıqları əməkhaqqının həcmindən asılı olmayaraq, pulla necə davranmalı olduqlarını bilmirlər. Bu da normal olaraq onların ay sonuna doğru bir ...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ - 4

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.  ...

İsrail ordusu Beyruta zərbə endirdi

İsrail hərbçiləri Livanın paytaxtı Beyruta zərbə endirib.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb...