Ermənistan parlamenti qapalı iclasa toplanır - SƏBƏB

Ermənistan parlamenti qapalı iclasa toplanır - SƏBƏB

Bu gün Ermənistan parlamentində qapalı iclas keçiriləcək.

 

Sfera.az bildirir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti məlumat yayıb. Qeyd olunub ki, müzakirədə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı və Müdafiə Nazirliyinin nümayəndələri iştirak edəcək. Əsas mövzunun isə sərhəddəki vəziyyət olacağı vurğulanıb.

 

O cümlədən, deputatlar gərginliyin artması ilə bağlı icra hakimiyyəti nümayəndələrinin izahatlarını dinləyəcəklər. “Hayastan” müxalifət fraksiyasının təşəbbüsü ilə keçirilən toplantı günün ikinci yarısında reallaşacaq.

 

“Müzakirələrdə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan sərhəddə baş verənlər barədə məlumatı olan və bu məsələ ilə bağlı aydın izahat verə bilən Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrin nümayəndələri iştirak edəcəklər”, deyə nəşr əlavə edib.

 

Digər tərəfdən Ermənistanın “Past” gündəlik nəşri dünən gecə saatlarında baş nazir Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyasının  ofisində qapalı iclas keçirdiyini yazıb. Qeyd olunub ki, Paşinyan komanda üzvlərinə yaranmış vəziyyət barədə danışıb və bütün mümkün risk və ssenarilərin təfərrüatlarını təqdim edib.

 

Xatırladaq ki, aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun üç hərbi qulluqçusu Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub, 4 hərbçimiz isə yaralanıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Beynəlxalq axtarışda idi - Almaniyada saxlanıldı

“Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Məmmədov A...

ABŞ Azərbaycana daha iki minaaxtaran it göndərdi

ABŞ-dən Azərbaycana daha iki minaaxtaran it gətirilib.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabın...

Vətəndaşlar pullarını necə idarə etməlidirlər? - İqtisadçıdan MƏSLƏHƏT

Bəzi vətəndaşlar aldıqları əməkhaqqının həcmindən asılı olmayaraq, pulla necə davranmalı olduqlarını bilmirlər. Bu da normal olaraq onların ay sonuna doğru bir ...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ - 4

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.  ...

İsrail ordusu Beyruta zərbə endirdi

İsrail hərbçiləri Livanın paytaxtı Beyruta zərbə endirib.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb...

Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə oldu

Qırğız Respublikası Ali Məhkəməsinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək məqsədilə Ali Məhkəmənin sədri İnam Kərimov Bişkek şəhə...