Maykl Cordanın ayaqqabıları rekord qiymətə satıldı

Maykl Cordanın ayaqqabıları rekord qiymətə satıldı

Basketbolun əfsanəvi simalarından Maykl Cordanın geyindiyi idman ayaqqabısı hərracda rekord qiymətə alıcı tapıb.


Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, amerikalı basketbol ulduzu Maykl Cordanın 1998-ci ildə NBA finalında geyindiyi “Air Jordan XIII” ayaqqabısı “Sotheby's” hərrac evində satışa çıxarılıb.


Ayaqqabı 2,2 milyon dollara satılıb və beləliklə, tarixin ən bahalı idman ayaqqabısı olub. 


"Bu rekord sübut edir ki, Maykl Cordanın idman xatirələrinə olan tələbat bütün gözləntiləri üstələməkdə davam edir", - “Sotheby's”in icraçı direktoru Brahm Uaçter deyib.


Xatırladaq ki, karyerasının çox hissəsini “Chicago Bulls”da keçirən Cordan qlobal ikona çevrilib və NBA-nın bütün dünyada nüfuzunu yüksəldib.


2003-cü ildə karyerasını bitirən Cordan həm də NBA tarixində ilk milyarder oyunçu oldu.


Cordanın 1984-cü ildə “Chicago Bulls” ilə ilk mövsümündə geyindiyi “Nike Air Ships” ayaqqabıları 2021-ci ildə Las-Veqasda keçirilən hərracda rekord qiymətə - 1,47 milyon dollara satılmışdı. 


Onun 1998-ci ildə NBA finalında geyindiyi forma isə 2022-ci ildə 10,1 milyon dollara satılıb.

Lalə
Sfera.az


OXŞAR XƏBƏRLƏR