“Heydər Əliyev - Rusiyadan baxış” adlı elmi monoqrafiya işıq üzü gördü - FOTO

“Heydər Əliyev - Rusiyadan baxış” adlı elmi monoqrafiya işıq üzü gördü - FOTO

“Heydər Əliyev - Rusiyadan baxış” («Гейдар Алиев – взгляд из России») adlı elmi monoqrafiya işıq üzü görüb.

 

Sfera.az bildirir ki, bu barədə Azərbaycanın Yekaterinburq şəhərindəki Baş konsulu vəzifəsini icra edən Şöhrət Mustafayev məlumat verib.

 

O qeyd edib ki, sözügedən monoqrafiya Yekaterinburqdakı Azərbaycan Baş Konsulluğunun dəstəyi, Novosibirsk Dövlət Texniki Universitetinin professoru Mixail Konstantinoviç Çernyakov və Novosibirsk Dövlət İqtisadiyyat və İdarəetmə Universitetinin dosenti Kamal Çolu oğlu Əkbərovun müəllifliyi , AMEA-nın Tarix institutunun şöbə müdiri, tarix elmləri namizədi Cəbi Bəhramovun elmi redaktorluğu ilə çap olunub:  

 

“Mənim də redaksiya heyətinin üzvü olaraq töhfələrim sayəsində «Гейдар Алиев – взгляд из России» elmi monoqrafiya işıq üzü görüb. Ümummilli lider Heydər Əliyevin 100 illik yubleyinə həsr olunmuş bu əsərin Heydər Əliyev irsinin tədqiqi ilə məşğul olan hər bir alimin marağına səbəb olacağına, universitet tələbələrinin dərs kitabına və sadə oxucuların masaüstü kitabına çevriləcəyinə şübhəm yoxdur. Bu kitabda ümummilli lider Heydər Əliyevin həyatı və siyasi keçmişinin ən mühüm məqamları öz əksini tapıb. Monoqrafiyanın ərsəyə gəlməsində əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirirəm!”

 

Türkan


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...