Oğuzhandan boşanma xəbərinə REAKSİYA: “Yeri deyil”

Bir müddətdir evliliyində problem olduğu deyilən Demet Özdemir həyat yoldaşı Oğuzhan Koçun baş rolda oynadığı filmin təqdimatına qatılmayıb.
Sfera.az bildirir ki, aktyoru özəl günündə yalnız qoyan Özdemir filmlə bağlı heç nə paylaşmayıb.
Jurnalistlərin suallarını cavablandıran çəkiliş qrupuna bununla bağlı sual verilib. Hadisəyə müdaxilə edən cütlüyün dostu İbrahim Büyükak isə fikirlərini bu cür ifadə edib: “Filmdəki bir səhnə həqiqətən gülməli idi və bunu Demet səsləndirib. Ona görə də sizin vasitənizlə ona təşəkkür etmək istəyirəm”.
Oğuzhan Koçun sözçüsü Özgür Aras da Demet Özdemirin serial çəkilişində olduğunu bildirib.
Boşanma xəbərləri ilə tez-tez gündəmə gələn Oğuzhan Koç isə jurnalistlərin israrlı suallarını cavabsız qoyaraq "Burada filmimizdən danışırıq. Bu gün məncə, yeri deyil” söyləyib.
Türkan