Qohum evi yoxdursa, yaxud qohum razı deyilsə? – DİN-dən qeydiyyatsız vətəndaşlarla bağlı AÇIQLAMA

Qohum evi yoxdursa, yaxud qohum razı deyilsə? – DİN-dən qeydiyyatsız vətəndaşlarla bağlı AÇIQLAMA

Mülkiyyət hüququnu təsdiqləyən sənədi olmayan evlərdə yaşayan, yaşayış yeri olmayan, məhkəmə qətnaməsi əsasında qeydiyyatdan çıxarılan vətəndaşlar sənədləşdirmə işlərilə bağlı problem yaşayırlar. Belə ki, icbari sığortadan istifadə edərkən, bank əməliyyatlarını həyata keçirərkən, müavinət alarkən və s. hallarda qeydiyyat məsələsi aktuallaşır.

 

Bir neçə ay öncə DİN tərəfindən məlumat verilmişdi ki, bu kimi problemlərlə qarşılaşan vətəndaşlar yaxın qohumlarının razılığı ilə onların yaşadığı ünvana qeydiyyata alına bilərlər. Lakin bəzi vətəndaşların bu kimi imkanı yoxdur və nəticə etibarilə onlar heç bir ərazi üzrə qeydiyyata düşə bilmirlər.

 

Maraqlıdır, bu situasiyada vətəndaş nə etməlidir?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə müdiri, polis polkovnik-leytenantı Elşad Hacıyev qeydiyyat məsələsi ilə bağlı problem yaşayan vətəndaşların son olaraq məhkəməyə müraciət edə biləcəyini deyib:

 

"Əgər vətəndaşın qeydiyyat məsələləri ilə bağlı çətinliyi varsa, qohumunun evində qeydiyyata düşə bilmirsə, o zaman vətəndaş müvafiq qaydada polis orqanına müraciət edir. Polis orqanının ona verilən cavabından asılı olaraq vətəndaş məhkəməyə müraciət edir. Məhkəmə həmin şəxsin qeydiyyat məsələsini araşdırmaqla müvafiq qanuna uyğun tədbirin görülməsini təmin edir”.

 

DİN sözçüsü indiyədək qeydiyyat məsələsi ilə bağlı xeyli sayda problemin məhkəmələr tərəfindən həll edildiyini vurğulayıb:

 

“Qeydiyyat məsələsi bütün hallarda daxili işlər orqanlarının səlahiyyətində olan məsələdir, Lakin Azərbaycan Respublikası "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanuna uyğun olaraq vətəndaşın qeydiyyatı ilə əlaqədar məsələlər ən son olaraq məhkəmənin səlahiyyətindədir. Yəni ən son məqamda şikayətlər məhkəmə tərəfindən həll edilir. İndiyədək yüzlərlə vətəndaşın bu istiqamətdə şikayəti həll olunub".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...