Rusiyanın ixracında rubl ilk sıraya yüksəldi

Rusiyanın ixracında rubl ilk sıraya yüksəldi

Rusiya Mərkəzi Bankı ölkənin ixrac ödənişlərində rublun payının dolları keçdiyini və avronu xeyli ötdüyünü açıqlayıb. 

 


Sfera.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının “Maliyyə Sektoru və Alətlərə baxış” hesabatında Rusiyanın 2022-ci ilin may ayından “dost olmayan” ölkələrə təbii qaz nəqli üçün ödənişləri rublla almağa başladığı xatırladılıb. Sözügedən addım sayəsində rublun ixracdakı payının əhəmiyyətli dərəcədə artdığı ifadə edilən açıqlamada, milli valyutanın (rubl) ixracdakı payı, dolların payını ötərək  30 faizi keçib, avronu isə əhəmiyyətli dərəcədə keçib. 


İxracda dollar və avronun payının ümumilikdə 50 faizdən aşağı düşdüyünə diqqət çəkən açıqlamada bu vəziyyətin Rusiyanın xarici ticarətinin ümumi strukturunu və Rusiya şirkətləri üçün ticarətdə davam edən müxtəlif riskləri əks etdirdiyi qeyd edilib. Açıqlamada şirkət və vətəndaşların əmanətlərində “dost ölkələr”in valyutalarının, xüsusilə yuanın payını artırdıqları, lakin dolların payının azalmasına baxmayaraq, yenə də yuana nisbətən əhəmiyyətli paya sahib olduqları vurğulanıb.


Vasif

 


OXŞAR XƏBƏRLƏR