Rəqəmsal ölümsüzlük: “Sevdiyimiz insanlar əbədi olaraq bizimlə qala bilərlər”

Rəqəmsal ölümsüzlük: “Sevdiyimiz insanlar əbədi olaraq bizimlə qala bilərlər”

Pratik Desai adlı kompüter alimi süni intellekt vasitəsilə yaxınlarımızın əbədi olaraq bizimlə qala biləcəyini iddia edib.

 

Sfera.az bildirir ki, bu barədə o, “Tvitter” hesabında paylaşım edib.

 

“Sevdiyiniz insanların səs və video qeydlərini toplayın”, deyə istifadəçilərə müraciət edən Desai fikirlərini bu cür davam etdirib: “Süni intellekt kifayət qədər məlumatla dünyasını dəyişən insanların avatarlarını yarada bilər. İlin sonunda bu, baş verə bilər”. Desainin bəhs etdiyi sistemdə insanların səs yazıları, videoları, fotoşəkilləri və şəxsi məlumatları süni intellekt tərəfindən işlənir,  daha sonra həmin şəxsə tam oxşayan və hərəkət edə bilən avatar hazırlanır.

 

Qeyd edək ki, “Rəqəmsal Ölümsüzlük” texnologiyaları son illərin ən iddialı layihələrindən hesab olunur. Bill Qeyts kimi digər mütəxəssislər süni intellektin həyatımızı yaxşılaşdıracağını və əbədi olaraq bir parçamız olacağını düşünürlər.

 

Türkan

 

 


OXŞAR XƏBƏRLƏR