“Vallah onlar yazıqdır, zənglərinə də cavab verə bilmirəm” - DEPUTAT

“Vallah onlar yazıqdır, zənglərinə də cavab verə bilmirəm” - DEPUTAT

"Mən daha qazilərin zənglərinə cavab verə bilmirəm".

 

Sfera.az xəbər verir ki, bunu millət vəkili Razi Nurullayev parlamentin bu gün keçirilən plenar iclasında deyib:

 

"Qarabağ müharibəsinin çoxsaylı iştirakçısı var ki, müalicə olunmaq istəyirlər. Hər gün qapımızı onlarla qazi və onların valideynləri döyür. İmkanlı şəxslərə də müraciət edirəm ki, "YAŞAT" Fonduna vəsait köçürməkdə davam etsinlər. Bununla bərabər, yüzlərlə müharibə iştirakçısı müalicəsinin davam etdirmək üçün, əlillik almaq üçün çalışır. Onlar nə tam sağlamdır, nə də əllillik təyinatı üçün tam xəstə. Ona görə də çətin suallarla üz-üzə qalırıq, müharibə iştirakçısı da qapıları döyməkdə və sosial şəbəkələrdə görünməkdə davam edir. Onları da qınamaq olmur”.

 

Deputat əlavə edib ki, müharibə iştirakçılarının iş yerləri ilə təminatında çox ciddi problemlər var:

 

“Onlar necə dolansın və dərmanlarını hansı vəsaitlə alsın? Təklif edirəm ki, bu cür şəxslərin siyahısı müəyyən edilsin və onlara 3 il müddətinə 600-800 manat aralığında vəsait ödənilsin. Doğrudan da taleyin ümidinə atılmış xeyli müharibə iştirakçısı var.  Təklif edirəm ki, bu məsələ ilə bağlı bir dinləmə keçirək. Vallah, onlar yazıqdır. Bəlkə, verilən təkliflər içərisində elə səmərəlisi olacaq ki, həm biz, həm də hökumət bəyənəcək".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...