Arxa-arxaya gedən daha bir maşının görüntüləri yayıldı - VİDEO

Arxa-arxaya gedən daha bir maşının görüntüləri yayıldı - VİDEO

Bakıda hərəkətin sıx olduğu daha bir ərazidə yol-hərəkəti qaydalarını pozaraq avtomobili arxa-arxaya sürən şəxsin görüntüləri yayılıb.

 

Sfera.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, görüntülər Bakı-Sumqayıt yolunu 20 Yanvar dairəsi ilə birləşdirən tuneldə baş verib. “VAZ 21099” markalı, 24 BD 091 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qəza işıqlarını yandıraraq hərəkətin sıx və sürətli olduğu yerdə maşını arxa-arxaya idarə edib. Hadisə vaxtı taksi kimi istifadə edilən avtomobildə sərnişinlərin olması da diqqəti cəlb edib.

 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, baş vermiş hadisə araşdırılır və fakta uyğun tədbirlər görüləcək.

 

Baş vermiş hadisənin görüntülərini təqdim edirik:

 

Qeyd edək ki, aprelin 9-da da şəhərin mərkəzində oxşar hadisə baş vermişdi.

 


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...