DYP bu sürücülərə müraciət etdi

DYP bu sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsinin yolun hərəkət hissəsində dayanan avtonəqliyyat vasitələrinin sürücülərinə müraciət edib.

 

​İdarədən Sfera.az-a verilən xəbərə görə, müraciətdə deyilir:

 

"Aparılan təhlillər deməyə əsas verir ki, xüsusilə yaşayış məntəqələrindən kənarda nəqliyyat vasitələrinin təhlükəsizlik qaydalarına əməl etmədən yolun hərəkət hissəsində dayandırılması ağırlıq dərəcəsi yüksək olan yol qəzalarının baş verməsinə əhəmiyyətli dərəcədə təsir göstərir.

 

Nəqliyyat vasitəsi sıradan çıxdıqda və ya dayanmanın qadağan edildiyi yerdə məcburi dayandıqda, habelə sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində, yaxud məhdudiyyətli görünmə şəraitində dayanarkən və durarkən sürücünün yerinə yetirməli olduğu vəzifələr qanunvericilikdə dəqiq göstərilsə də, təəssüf ki, bəzən sürücülərin bu qaydalara əməl etməməsi sonu faciə ilə bitən qəzaların baş verməsinə real zəmin yaradır.

 

Hava və ya yol şəraitinin, nəqliyyatın hərəkət şiddətinin, məhdudiyyətli görünmənin, sutkanın işıqlı, yaxud qaranlıq olmasının fərqinə varmadan avtomobilini yolun hərəkət hissəsində dayandıran sürücünün özünün və onun səhlənkarlığı nəticəsində yolun hərəkət hissəsində avtomobildən düşməyə məcbur olan sərnişinlərin hansı təhlükə ilə ​ üz-üzə qalmasını təsəvvür etmək isə yəqin ki çətin deyil.

 

Baş Dövlət Yol Polisi İdarəsi yuxarıda göstərilən səbəblərdən dəfələrlə ağır ​yol-nəqliyyat hadisələrinin baş verdiyini hərəkət iştirakçılarının diqqətinə çatdırır və bir daha sürücülərə müraciət edərək onları, nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində dayanması və durması hallarında qanunla tələb olunan qaydalara əməl etməyə, özlərinin və başqalarının həyat və sağlamlığına etinasız yanaşmamağa çağırır".


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...