Bakıda maşını arxa-arxaya sürərək polisdən qaçan şəxs narkoman olub? - RƏSMİ CAVAB

Bakıda maşını arxa-arxaya sürərək polisdən qaçan şəxs narkoman olub? - RƏSMİ CAVAB

“Sürücülük vəsiqəsi veriləndə tibbi arayış alınır. Amma insanın hansısa ağır xəstəliyə tutulması üçün bir ay belə bəs edir”.

 

Sfera.az “oxu.az”a istinadən xəbər verir ki, bu fikirləri AzTV-nin efirində yayımlanan “Çıxışa Doğru” proqramında qonaq olan Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev sosial şəbəkədə ötən gün Bakıda yolun əks istiqamətində maşın sürən, polisin saxla əmrinə tabe olmayan sürücü 20 yaşlı Rauf Cabbarbəylinin sürücülük vəsiqəsi ilə bağlı aparılan müzakirələrə aydınlıq gətirərkən deyib.

 

O bildirib ki, xəstə olan halda heç kim sürücülük hüququ əldə edə bilməz:

 

“Bəzi vətəndaşlar yazırdı ki, şəxs narkomandır. Bir qrup insan yazırdı ki, o necə sürücülük vəsiqəsi alıb və s. Amma qeyd edim ki, həmin şəxs sürücülük vəsiqəsi alan zaman heç bir pis vərdişi olmayıb, ona sağlamlıq haqqında tibbi arayış verilib. Sürücülük hüququ 10 il ərzində verilir. Bu 10 il ərzində o insan xəstəlik tuta bilər, narkotik maddə istifadəçisinə çevrilə bilər və s. digər bir çox hadisələr baş verə bilər. Bunu birmənalı sürücülük vəsiqəsinə bağlamaq düzgün deyil”.
R.Tağıyev onu da əlavə edib ki, biz müşahidə edirik ki, avtoxuliqanlıq edən şəxslərin 90 faizinin sürücülük hüququ yoxdur:

 

“Sürücülük hüququ olmadığı halda bəzi şəxslərin nəqliyyat vasitəsi idarə etdiyinin şahidi oluruq”.

 

 


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...