Bayden III Çarlzın tacqoyma mərasimində iştirakdan İMTİNA ETDİ
Siyasət
12:32 / 10.04.2023
4526
ABŞ Prezidenti Cozef Bayden Böyük Britaniya kralı III Çarlzın may ayında keçirilməsi planlaşdırılan tacqoyma mərasimində iştirakdan imtina edib.
Sfera.az “British Express” qəzetinə istinadən xəbər verir ki, Baydenin bu addımını "arxadan vurulan zərbə" kimi qiymətləndirən britaniyalı mühafizəkar parlamentarilər durumdan narahat olublar.
Onların fikrincə, ABŞ lideri bu şəkildə Böyük Britaniya ilə münasibətlərə məhəl qoymur.
Eyni zamanda, dövri nəşrin məlumatına görə, Bayden aprelin 11-də Belfast sazişinin ildönümü tədbirində iştirak etmək üçün Şimali İrlandiyaya gedəcək.
İnci