Lirə üçün pis xəbər: Son illərin ən böyük kəsiri qeydə alındı 

Lirə üçün pis xəbər: Son illərin ən böyük kəsiri qeydə alındı 

Bu ilin fevralında Türkiyənin əməliyyatlar balansında böyük kəsir qeydə alınıb. 


Sfera.az xəbər verir ki, aylıq kəsirin məbləği 8,78 milyard dollar, birillik kəsirin məbləği isə 55,4 milyard dollar olub. 


Müqayisə göstərir ki, bu ilin fevralında qeydə alınan kəsir 2012-ci ilin avqustundan bəri qeydə alınan ən böyük kəsirdir.


Cari əməliyyatlara ölkənin xarici ticarəti (idxal-ixrac),  əldə edilən və göstərilən xidmətlər, əldə edilən və ödənilən ilkin gəlirlər (əmək haqqı, dividend, faiz, renta və digər bu tip ödənişlər) və təkrar gəlirlər (pul baratları, humanitar yardımlar, qrantlar və s.) aiddir. Hər bir ölkədə cari əməliyyatların vəziyyəti milli valyutanın kursuna təsir göstərən əsas göstərici hesab edilir. Məsələn, Azərbaycan manatının məzənnəsinin sabit olmasının əsas səbəbi ölkəmizin cari əməliyyatlarında müsbət fərqin olmasıdır. 2015-ci ildə 2 böyük devalvasiyanın olmasının səbəbi məhz cari əməliyyatlarda yaranan kəsirlə bağlı oldu. 


Türkiyədə də cari əməliyyatlarda böyük kəsirin yaranması lirəni ucuzlaşdırır. İlin əvvəlində bir dollar 18,8 lirə olduğu halda, hazırda 19,26-dır. Qısa müddətdə lirənin nəzərəçarpacaq dərəcədə ucuzlaşmasının səbəbi məhz cari əməliyyatlar zamanı böyük kəsirin yaranmasıdır. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Lavrov: "Qərb artıq qırmızı xətti keçir"

Rusiya Qərb ölkələri ilə münaqişəni genişləndirmək istəmir, lakin onlar “qırmızı xətləri” keçirlər.   Sfera.az xəbər verir ki, bu sözləri R...

Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? - VİDEO

Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzdə göstərilmir...   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ölk...

"Qarabağ" "Neftçi"ni darmadağın etdi - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

“Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb

Addams ailəsi, əsasən də onların qızı haqqında Tim Burtonun “Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb. Video “Netflix&r...

Xalq artistləri Leyla və Arzu Əliyeva ilə bir arada - FOTOLAR

Xalq artisti Murad Adıgözəlzadə sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, Azərbaycan Dövlət Filarmoniyasının di...

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Ötən ilin dekabrında “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim...