ATƏT sədrinin Cənubi Qafqaz səfərindən GÖZLƏNTİLƏR

ATƏT sədrinin Cənubi Qafqaz səfərindən GÖZLƏNTİLƏR

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani Cənubi Qafqaz regionuna səfər edəcək. Bildirilib ki, aprelin 10-13-ü aralığında Gürcüstan, Azərbaycan və Ermənistana səfər edəcək ATƏT sədri burada hökumət rəsmiləri, parlamentarilər, vətəndaş cəmiyyəti nümayəndələri və digər şəxslərlə görüşəcək.

 

Baş tutacaq səfərlərin gedişatı ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Tofiq Azadov Bujarinin səfərinin Azərbaycan və Ermənistan arasında ikitərəfli münasibətlərə töhfə verməyəcəyini deyib:

 

"Biz ATƏT-in son 30 il ərzində nə qədər mənasız fəaliyyət göstərdiyinin şahidiyik. 1 milyon qaçqın, xeyli sayda əsir, dağıdılmış mədəniyyət abidələrinin olmasına baxmayaraq, ATƏT bu illər ərzində Azərbaycan üçün hansısa addımı ata bilmədi. Ümumiyyətlə, bu təşkilat inistitut kimi iflasa uğrayıb. ATƏT sədri səfər çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı, həmçinin regional təhlükəsizlik məsələlərini müzakirə edə bilər. Lakin Ermənistanla münasibətlərdə ciddi irəliləyişə nail olmaq məsələsində effektiv addımların olacağını düşünmürəm. Bujar Osmaninin Gürcüstan və Ermənistana da səfər etməsi regionda tərəflər arasında müəyyən əməkdaşlığın qurulmasına xidmət edə bilər. Lakin dediyim kimi, ikitərəfli münasibətlərdə sülh çağırışlarının ciddi töhfə verəcəyini düşünmürəm”.  

 

Ekspert ATƏT-in işğalçı dövlətə qarşı müəyyən təzyiqlər göstərmək imkanın olduğunu da vurğulayıb:

 

“ATƏT Avropada sülhün qorunub saxlanılmasına və dövlətlərarası əməkdaşlığın genişləndirilməsinə xidmət edən bir təşkilat kimi bu günədək Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirsə də, heç bir konkret addım atmağa nail ola bilməyib. Təşkilatın mübahisəli məsələlərin həllini sürətləndirmək üçün konkret mexanizmlərinin olmaması burada müəyyən rol oynasa da, etiraf etmək lazımdır ki, ATƏT-in işğalçı dövlətə qarşı müəyyən təzyiqlər göstərmək və dünya birliyini bu prosesə cəlb imkanları var”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Lavrov: "Qərb artıq qırmızı xətti keçir"

Rusiya Qərb ölkələri ilə münaqişəni genişləndirmək istəmir, lakin onlar “qırmızı xətləri” keçirlər.   Sfera.az xəbər verir ki, bu sözləri R...

Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? - VİDEO

Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzdə göstərilmir...   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ölk...

"Qarabağ" "Neftçi"ni darmadağın etdi - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

“Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb

Addams ailəsi, əsasən də onların qızı haqqında Tim Burtonun “Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb. Video “Netflix&r...

Xalq artistləri Leyla və Arzu Əliyeva ilə bir arada - FOTOLAR

Xalq artisti Murad Adıgözəlzadə sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, Azərbaycan Dövlət Filarmoniyasının di...

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Ötən ilin dekabrında “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim...