"Bu məsələdə ABŞ-dən sonra ikinci ölkəyik" - Nazir

Dünya
11:41 / 10.04.2023
2392
"Ölkəmizdə kino sənayesi çox inkişaf edib və dünyada ABŞ-dən sonra ən çox film ixrac edən ölkəyik”.
Sfera.az xəbər verir ki, bunu Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy “Mannu Çanaqqalada” cizgi filminin qala gecəsində bildirib.
Nazir deyib ki, türk kino sənayesi mühüm irəliləyişlər əldə edib və rəhbərlik etdiyi nazirlik filmlərə dəstək verəcək.
O cizgi filmlərinin istehsalında da ciddi irəliləyişə nail olunduğunu vurğulayıb. Ersoy gələcəkdə cizgi filmlərinin istehsalına dövlət dəstəyinin bir qədər də artırılacağını söyləyib.
Vasif