"Amerika kəşfiyyatı Zelenskiyə casusluq edir" - Rusiyadan İDDİA

Amerika kəşfiyyat agentlikləri Ukrayna Prezidenti Volodimir Zelenskiyə casusluq edib.

 

Sfera.az bildirir ki, bu barədə  "RİA Novosti" Pentaqonun internetə sızan məxfi sənədlərinə istinadən xəbər verib. Bu sənədlərdən biri ABŞ-nin Ukrayna liderini “izlədiyini” ortaya qoyur.


Zelenskiyə yaxın mənbə bu vəziyyətə təəccüblənməyib və bunu “gözlənilən” adlandırıb. Qeyd olunur ki, Ukrayna rəsmiləri məlumatın sızmasından dərin məyus olublar.

 

Ötən həftə isə məlum olmuşdu ki, ABŞ müdafiə nazirliyi sosial şəbəkədə Ukrayna qoşunlarının vəziyyətini və ABŞ və NATO-nun onları gücləndirmək planlarını təsvir edən materialların sızmasını araşdırır. Martın əvvəlinə aid sənədlər, guya, “Rusiya hökumətyönlü Telegram kanallarında” yayılıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sızma ilə bağlı sualı cavablandırarkən bildirib ki, Rusiya Federasiyası ABŞ və NATO-nun münaqişədə birbaşa və ya dolayısı ilə iştirakına şübhə etmir.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Lavrov: "Qərb artıq qırmızı xətti keçir"

Rusiya Qərb ölkələri ilə münaqişəni genişləndirmək istəmir, lakin onlar “qırmızı xətləri” keçirlər.   Sfera.az xəbər verir ki, bu sözləri R...

Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? - VİDEO

Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzdə göstərilmir...   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ölk...

"Qarabağ" "Neftçi"ni darmadağın etdi - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

“Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb

Addams ailəsi, əsasən də onların qızı haqqında Tim Burtonun “Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb. Video “Netflix&r...

Xalq artistləri Leyla və Arzu Əliyeva ilə bir arada - FOTOLAR

Xalq artisti Murad Adıgözəlzadə sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, Azərbaycan Dövlət Filarmoniyasının di...

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Ötən ilin dekabrında “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim...