"Bu, Krımın azad olunmasına şərait yaradacaq, Çavuşoğlu təsadüfi açıqlamalar vermir..." - AÇIQLAMA

ABŞ-nin Müharibə Araşdırmaları İnstitunun məlumatına görə, Rusiya Silahlı Qüvvələri hərbi texnikasını Krımdan çıxarmağa başlayıb.  Bildirilib ki, bu, Ukraynanın ehtimal edilən əks-hücum əməliyyatları ilə bağlıdır. Digər tərəfdən, Ukrayna rəsmiləri, o cümlədən prezident Volodimir Zelenski dəfələrlə Krım azad  olunmadan müharibənin başa çatmayacağını deyib. 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki,  nəinki Krımda yaşayan rusiyalılar, Kreml də başa düşür ki, yarımada ilə bağlı təhlükə var:

 

“İndiki şəraitdə Krımda quru əməliyyatlarının başlanması, demək olar, mümkünsüzdür. Amma Ukrayna Silahlı Qüvvələri Krımdakı Rusiya bazarlarına havadan zərbələr endirməyə başlaya bilərlər. Nəticədə Rusiyanın yarımadadakı mövqeləri xeyli zəifləyə bilər. Bu isə perspektivdə Krımın azad olunmasına şərait yaradacaq.  Hazırda ən gərgin döyüşlər Donetsk vilayətinin Baxmut şəhərində gedir. Ukrayna tərəfi vəziyyətin gərgin olduğunu etiraf edir. Ukrayna qoşunlarının Baxmutda geri çəkiləcəyinə inanmıram. Bu olarsa, müdafiə qoşunlarının başqa istiqamətdə, o cümlədən Krımda intensiv əks-hücum əməliyyatlarına başlaması mümkündür”.

 

Müsahibimiz qeyd edib ki, müxtəlif iddialara görə, qarşıdakı aylarda müharibə daha da şiddətlənəcək: 

 

“Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da dünən rusiyalı həmkarı Sergey Lavrovla birlikdə keçirdiyi mətbuat konfransında payıza doğru döyüş meydanındakı durumun daha da gərginləşəcəyini dedi. Onun bu fikrinə ciddi yanaşmaq lazımdır. Çavuşoğlu təsadüfi açıqlamalar vermir. Nəzərə almaq lazımdır ki, rəsmi Ankara müntəzəm olaraq hər iki tərəflə təmasdadır, həm Kiyevin, həm də Moskvanın mövqeyinə bələddir.  Çin və İranın Rusiya ilə hərbi əməkdaşlığı, Belarusun müharibəyə cəlb olunması istiqamətində Kremlin səyləri də onu göstərir ki, qarşıdakı aylar hər iki tərəf üçün kifayət qədər çətin, bəlkə də, həlledici olacaq.  Bütün bu məqamlar fonunda yaxın gələcəkdə Krımda gərginliyin yaranması və Ukraynanın nəinki taktiki və strateji, həm də psixoloji üstünlük uğrunda hərəkətə keçməsi tamamilə gözləniləndir”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? - VİDEO

Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzdə göstərilmir...   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ölk...

"Qarabağ" "Neftçi"ni darmadağın etdi - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

“Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb

Addams ailəsi, əsasən də onların qızı haqqında Tim Burtonun “Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb. Video “Netflix&r...

Xalq artistləri Leyla və Arzu Əliyeva ilə bir arada - FOTOLAR

Xalq artisti Murad Adıgözəlzadə sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, Azərbaycan Dövlət Filarmoniyasının di...

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Ötən ilin dekabrında “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim...

SOCAR BP ilə memorandum imzaladı

Bu gün Bakıda BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR ) arasında BP-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə ...