Bakını bir-birinə qatan narkoman sürücünün yeni videosu: Maşınları belə əzdi - ŞOK VİDEO

Kriminal
23:17 / 09.04.2023
17269
Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünün yeni videoları yayılıb.
Sfera.az xəbər verir ki, sürücü Heydər Əliyev mərkəzinin yanında polis əməkdaşların tabe olmayaraq geriyə hərəkətinə davam edib və daha sonra isə İzəddin Həsənoğlu küçəsinə dönüb. Polis əməkdaşları ona dəfələrlə "saxla" işarəsi versə də, sürücü məhəl qoymadan yoluna davam edib. Sonda əks yola çıxaraq yolda hərəkət edən "Mercedes S Class" markalı avtomobili əzib. Bu da azmış kimi hərəkətinə davam edib və digər avtomobillərə çırpılaraq dayanıb.//avtosfer