Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

 

Sfera.az xəbər verir ki, iki avtomobilin toqquşması bir nəfərin xəsarət almasına səbəb olub.

 

Hadisə zamanı 1985-ci il təvəllüdlü Culfa rayon sakini Heydərova Şəbnəm Şiraz qızı xəsarət alıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən zərərçəkənin vəziyyəti normaldır.

 

Faktla bağlı araşdırma aparılır.