Yaponiyanın yeni bəlası HİKİKOMORİ - Evə qapananların sayı ARTIR

Yaponiyanın yeni bəlası HİKİKOMORİ - Evə qapananların sayı ARTIR

Yaponiya hökumətinin yeni sorğusuna əsasən, ölkədə təxminən 1,5 milyon insan cəmiyyətdən uzaqlaşaraq evdə həyat sürür. Bu, Yaponiya əhalisinin 1,2 faizini təşkil edir. 


Sfera.az xəbər verir ki, həmin insanların bəziləri yalnız ərzaq almaq və ya müvəqqəti işlər üçün çölə çıxır, bəziləri isə yataq otağından belə ayrılmır. 


Rəsmi məlumatlara görə, Yaponiya hökuməti bu cür həyat tərzinə sahib olan insanların sayının artmasını 1980-ci illərdən müşahidə etməyə başlayıb. Hökumət onların cəmiyyət həyatına inteqrasiyası üçün müxtəlif formada tədbirlər həyata keçirib və ötən müddətdə həmin insanların cəmiyyətə inteqrasiyası istiqamətində önəmli dəyişikliyə nail olub. 


Lakin COVID-19 hökumətin illərlə apardığı işlər hesabına əldə etdiyi nəticələri yenidən pisləşdirib. 


Keçirilən sorğular üzə çıxarıb ki, 15-64 yaş arası insanlarda tənha həyat sürmək həvəsi 2% səviyyəsinə yüksəlib. Tənhalığa meyillik 15-39 yaşlılar arasında da artıb. Tədqiqatlar göstərir ki, evdə daimi yaşamağı seçənlər arasında hamiləlik, iş itkisi, xəstəlik, pensiyaya çıxmaq və şəxsiyyətlərarası münasibətlərdə zəiflik əsas səbəblərdir. 


Qeyd edək ki, Yaponiya xüsusi karantin rejimini 2022-ci ilə qədər uzadan azsaylı ölkələrdən biridir. Yaponiya təxminən 2 il ərzində sərhədlərini xarici ziyarətçilər üçün bağlı saxlayıb.


Bu tədbirlər faydalı nəticələrlə yanaşı ciddi zərərlər də yaradıb. Yaponiyada sosial təcridin geniş yayılması bunun əlamətlərindən biridir. COVID-19 səbəbilə digər insanlarla əlaqə imkanları azaldığından tənhalığa meyillik yenidən güclənib. 


Yaponiyada mütəxəsislər bu sosial vəziyyətə hikikomori adı verib. Ekspertlər bunu əhali böhranı kimi izah edir. Yaponiyanın əhalisi 1980-ci illərdəki iqtisadi bumdan bəri davamlı olaraq azalır. Bu səbəbdən əhali arasında yaşlı insanların sayı da sürətlə artır. Yaşlı insanların sayının artması isə iqtisadi aktivliyin zəifləməsi və nəticədə durğunluğun yaranması baxımından təhlükəlidir. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? - VİDEO

Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzdə göstərilmir...   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ölk...

"Qarabağ" "Neftçi"ni darmadağın etdi - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

“Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb

Addams ailəsi, əsasən də onların qızı haqqında Tim Burtonun “Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb. Video “Netflix&r...

Xalq artistləri Leyla və Arzu Əliyeva ilə bir arada - FOTOLAR

Xalq artisti Murad Adıgözəlzadə sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, Azərbaycan Dövlət Filarmoniyasının di...

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Ötən ilin dekabrında “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim...

SOCAR BP ilə memorandum imzaladı

Bu gün Bakıda BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR ) arasında BP-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə ...