Maştağada bıçaqlaşma
10:31 / 15.10.2016
2304
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
Sfera.az APA-a istinadən xəbər verir ki, Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 1992-ci il təvəllüdlü Ələsgərov Qəzənfər Elxan oğlu tanışı ilə birlikdə kafedə yeyib-içdikdən sonra mübahisə edib. Mübahisə davaya çevrilib və Qəzənfər döş qəfəsindən bıçaq zərbəsi alıb.
Yaralı dərhal təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. O əməliyyat olunub. Q.Ələsgərovun vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.