Azərbaycanda tanınmış modelyerin atası QƏTLƏ YETİRİLDİ - FOTO

Azərbaycanda tanınmış modelyerin atası QƏTLƏ YETİRİLDİ - FOTO

Aprelin 6-da paytaxtın Sabunçu rayonunda fərdi əmək fəaliyyəti ilə məşğul olan 1954-cü il təvəllüdlü Kamran Bəkirovun üzərində olan 300 min manatla itkin düşməsi barədə polisə məlumat daxil olub.

 

Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin öldürülməsi və meyitinin gizlədilməsi məlum olub.

 

Sfera.az OLAY-a istinadən xəbər verir ki, sözügedən şəxs tanınmış iş xanımı, “Şərifzadə Art Center”in şəriklərindən biri rəssam-modelyer Elnarə Bəkirovanın atasıdır. Davam etdirilən təxirəsalınmaz tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinənlər - əvvələr məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov, 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb.

 

Sabunçu Rayon Prokurorluğu da hadisə ilə bağlı məlumat yayıb.

 

Bildirilib ki, ilkin araşdırma zamanı Kamran Bəkirovun aprelin 6-sı saat 19 radələrində paytaxtın Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində aralarındakı pul mübahisəsi zəminində 1955-ci il təvəllüdlü Mustafa Zeynalov və onun qohumu 1984-cü il təvəllüdlü Namiq Əliyev tərəfindən küt alətlə xəsarət yetirməklə qəsdən öldürülməsi və meyitinin rayonun “Ləhic bağları” adlanan ərazidəki su quyusuna atılmasına əsaslı şübhələr müəyyən edilib.

 

Fakta görə Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

 


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...