"Formula 1 Azərbaycan Qran Prisinin müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlar gedir" - FOTOLAR

Formula 1 Azərbaycan Qran Prisinin müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlar gedir.

 

Sfera.az xəbər verir ki,  bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.

 

O  bildirib ki, müqaviləyə əsasən, Formula 1 Azərbaycan Qran Prisinin sonuncu ilidir.

 

“Ancaq müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlar gedir.

 

Ümidvarıq ki, Azərbaycan Qran Prisi keçirilməyə davam edəcək. Çünki Formula 1-in iqtisadi və sosial baxımdan faydaları çoxdur. Danışıqlar barədə yekun məlumatlar olan kimi ictimaiyyətlə bölüşəcəyik”- T. Teymurov vurğulayıb.

 

 Əzizə

 

Fotolar: ANAR BAYRAMLI

 


OXŞAR XƏBƏRLƏR