İsrail və Livan arasında gərginlik artır: Netanyahu ordunu döyüş vəziyyətinə gətirdi

İsrail və Livan arasında gərginlik artır: Netanyahu ordunu döyüş vəziyyətinə gətirdi

Qüdsdəki Əl-Əqsa məscidində etiraz edənləri İsrail polisinin həbs etməsindən sonra yaranan gərginlik Qəzzaya və Livana yayılıb. 


Sfera.az CNN-ə istinadən xəbər verir ki, məscidə polisin müdaxiləsindən sonra Livan və Qəzzadan İsrailə raket atışları həyata keçirilib. Buna cavab olaraq İsrail ordusu Livanın cənubunda və Qəzzada fələstinli yaraqlıların hədəflərini vurub. 


Livandan gələn hücum 2006-cı ildə baş verən müharibədən sonrakı ən böyük gərginliyə səbəb olub. Yaranmış vəziyyətdə İsrailin Baş naziri Benyamin Netanyahu ehtiyatda olan polis qüvvələrini və İsrail Müdafiə Qüvvələrini səfərbər etməyi tapşırıb. İsrail ordusu da yüksək hazırlıq vəziyyətinə gətirilib. 


ABŞ administrasiyası İsrailə qarşı hücumları şiddətlə qınadığını bildirib. Dövlət Departamentinin sözçüsü Vedant Patel cümə günü verdiyi açıqlamada Birləşmiş Ştatların İsrail hökuməti və xalqının yanında olduğunu bəyan edib. 


CNN xəbər verir ki, İsrail ordusu Livanın Tir şəhəri yaxınlığına zərbələr endirib. İsrail ordusu fələstinli qruplaşmaların bu şəhərdən raket atdığına inanır. İsrail raket atışlarına görə Qəzzaya nəzarət edən silahlı qrup olan HƏMAS-ı da günahlandırıb. 


İsrail Müdafiə Nazirliyinin bəyanatında bildirilir ki, onlar HƏMAS terror təşkilatının Livan daxilində fəaliyyət göstərməsinə icazə verməyəcək və hər bir atəşə görə Livan dövlətini qınayacaqlar. 


Livanın cənubunda məskunlaşan Hizbullah silahlı qruplaşması hücumlara görə məsuliyyəti nə inkar edir, nə də öz üzərinə götürür. Lakin İranın dəstəklədiyi Hizbullah qrupu xəbərdarlıq edib ki, müsəlmanlar İsrail polisinin Əl-Əqsaya basqınlarına cavab olaraq qan tökməyə hazırdır. 


Qeyd edək ki, İsrail hücuma görə Hizbullahı ittiham etməyib. Cümə günü günortadan sonra Livanın xarici işlər naziri Abdullah Bu Həbib isə CNN-ə deyib ki, hökumət Hizbullahın zərbələrə razılıq verib-verməməsi ilə bağlı heç bir məlumata sahib deyil:

 

“Biz bilirik ki, Livanın cənubunda çox çətin vəziyyət yaranıb. Hizbullah cənubdadır və onlar silahlıdırlar. Cənub bölgədə Livan ordusu və Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələri də var. Lakin bəzən bu cür hücumları dayandırmaq üçün cəhdlər uğurlu olmur”. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? - VİDEO

Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzdə göstərilmir...   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ölk...

"Qarabağ" "Neftçi"ni darmadağın etdi - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

“Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb

Addams ailəsi, əsasən də onların qızı haqqında Tim Burtonun “Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb. Video “Netflix&r...

Xalq artistləri Leyla və Arzu Əliyeva ilə bir arada - FOTOLAR

Xalq artisti Murad Adıgözəlzadə sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, Azərbaycan Dövlət Filarmoniyasının di...

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Ötən ilin dekabrında “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim...

SOCAR BP ilə memorandum imzaladı

Bu gün Bakıda BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR ) arasında BP-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə ...