Zelenski Ukrayna ordusunun müsəlman əsgərləri ilə birgə İFTAR ETDİ - FOTOLAR

Zelenski Ukrayna ordusunun müsəlman əsgərləri ilə birgə İFTAR ETDİ - FOTOLAR

Dünən Ukrayna Prezidenti Volodimir Zelenski ordunun oruc tutan müsəlman əsgərləri lə birgə iftar proqramına qatılıb.


Sfera.az xəbər verir ki, mərasimdə hərbçilərlə yanaşı Türkiyənin Kiyevdəki səfiri Yağmur Ahmet Güldere, Krım Tatar Türklərinin lideri və Ukrayna millət vəkili Mustafa Kırımoğlu, Krım Tatar Milli Məclisinin sədri Rifat Çubarov, Ukraynadakı dini liderlər və müsəlmanlar iştirak ediblər. İftar süfrəsində Zelenski müsəlman icmasına təşəkkürünü çatdırıb. 


Prezident Ramazan ayının Ukraynanın hər yerində, hətta cəbhə xəttində hörmətlə qarşılandığını deyib. 


Zelenski Krımın işğalından sonra yarımadadakı müsəlmanlara Rusiyanın münasibətini də tənqid edib.

 

“Rusiyanın Ukraynanı və Avropanın digər xalqlarını əsarət altına almaq cəhdi məhz Ukrayna Krımının işğalından, Krımda Ukrayna və Krım tatarlarının azadlığına, Krım müsəlmanlarına qarşı repressiyalardan başlayıb”, - Zelenski bildirib. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Lavrov: "Qərb artıq qırmızı xətti keçir"

Rusiya Qərb ölkələri ilə münaqişəni genişləndirmək istəmir, lakin onlar “qırmızı xətləri” keçirlər.   Sfera.az xəbər verir ki, bu sözləri R...

Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? - VİDEO

Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzdə göstərilmir...   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ölk...

"Qarabağ" "Neftçi"ni darmadağın etdi - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

“Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb

Addams ailəsi, əsasən də onların qızı haqqında Tim Burtonun “Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb. Video “Netflix&r...

Xalq artistləri Leyla və Arzu Əliyeva ilə bir arada - FOTOLAR

Xalq artisti Murad Adıgözəlzadə sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, Azərbaycan Dövlət Filarmoniyasının di...

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Ötən ilin dekabrında “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim...