Türkiyədə kəşf edilən qazın həcmi artıb – Nazir son rəqəmləri açıqladı

Türkiyədə kəşf edilən qazın həcmi artıb – Nazir son rəqəmləri açıqladı

Türkiyənin Qara dənizdə kəşf etdiyi Sakarya yatağında daha çox qaz ehtiyatının olduğu müəyyənləşib. 


Sfera.az xəbər verir ki, bununla bağlı Enerji və Təbii Ehtiyatlar naziri Fatih Dönməz məlumat verib. 


Nazir qeyd edib ki, yataqdan çıxarılabilən qazın həcmi 710 milyard kubmetrə çatıb. Dönməz söyləyib ki, əgər bu qədər qaz yalnız əhalinin istehlakına yönəldilərsə, 35 il ərzində bütün yaşayış evlərini təbii qazla təmin etmək olar. Nazir bütün istehlakçıları, o cümlədən elektrik stansiyaları və sənaye müəssisələrini nəzərə aldıqda isə 15-20 illik ehtiyacı ödəyəcək qədər qazın kəşf edildiyini vurğulayıb. 


Dönməzin verdiyi məlumata əsasən, bu ilin aprelin 20-də Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Qara dəniz qazının quruda tikilən qaz qəbul və emal məntəqələrinə gətirilməsi ilə bağlı mərasim keçiriləcək. May ayından isə bəzi istehlakçı qurplarına qaz veriləcək. 


Nazir onu da qeyd edib ki, təbii qazın istehsal dəyəri idxaldan daha əlverişlidir.


Xatırladaq ki, Qara dənizdəki yataq kəşf ediləndə burada 300 milyard kubmetr qazın olduğuna dair məlumat açıqlanmışdı. Yataqda qazılan yeni kəşfiyat və hasilat quyularından əldə edilən məlumatlardan sonra isə yataqda daha çox qazın olduğu müəyyənləşib.  


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Lavrov: "Qərb artıq qırmızı xətti keçir"

Rusiya Qərb ölkələri ilə münaqişəni genişləndirmək istəmir, lakin onlar “qırmızı xətləri” keçirlər.   Sfera.az xəbər verir ki, bu sözləri R...

Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? - VİDEO

Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzdə göstərilmir...   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ölk...

"Qarabağ" "Neftçi"ni darmadağın etdi - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

“Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb

Addams ailəsi, əsasən də onların qızı haqqında Tim Burtonun “Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb. Video “Netflix&r...

Xalq artistləri Leyla və Arzu Əliyeva ilə bir arada - FOTOLAR

Xalq artisti Murad Adıgözəlzadə sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, Azərbaycan Dövlət Filarmoniyasının di...

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Ötən ilin dekabrında “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim...