“Ukrayna tezliklə yox olacaq” - Medvedev

“Ukrayna tezliklə yox olacaq” - Medvedev

“Ukrayna tezliklə yox olacaq. Çünki bu ölkə heç kimə lazım deyil - nə Avropaya, nə ABŞ-yə, nə də Rusiyaya”. 


Sfera.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “VKontakte” sosial şəbəkəsindəki paylaşımında bildirib.


Onun sözlərinə görə, Avropa Ukrayna ilə məşğul olmaq istəmir, çünki bu ölkə avropalılar üçün maliyyə və siyasi cəhənnəmə çevrilib. Medvedev xatırladıb ki, Ukraynaya görə indi bir çox ölkə inflyasiyanın artması, istilik və elektrik enerjisi üçün böyük ödənişlər, biznesin tənəzzülü kimi problemlərlə üzləşib və bütün bunlar avropalıların narazılığına səbəb olur.

 

Vasif


OXŞAR XƏBƏRLƏR