“Tesla” maşınları müştərilərini izləyir – İşçilər görüntülərə baxıb əylənirlərmiş...

“Tesla” maşınları müştərilərini izləyir – İşçilər görüntülərə baxıb əylənirlərmiş...

“Tesla” avtomobilləri ilə bağlı skandal məlumatlar üzə çıxıb. 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, “Tesla” avtomobillərinin sahiblərini “Böyük qardaş” kimi izlədiyi məlum olub. 


Belə ki, “Tesla” işçiləri müştərilərin şəxsi anlarını izləyib, hətta bəzi müştərilərin çılpaq halda çəkilmiş videolarını paylaşıblar. Onlar “Tesla” avtomobillərində quraşdırılmış kameralardan istifadə edərək şirkətin sahibi İlon Maskın qarajının içini belə görüntüləyə biliblər.


İşçilər çılpaq bir adamın öz avtomobilinə yaxınlaşması, bir avtomobilin yüksək sürətlə uşağı vurması da daxil olmaqla bir çox ana şahidlik ediblər. 


Avtomobil şirkətinin rəsmi saytında məxfilik məsələsinə xüsusi toxunulur. “Məxfiliyinizi qorumaq üçün sıfırdan dizayn edilib” deyilməsinə baxmayaraq, sözügedən videolar “Tesla” avtomobillərinin idarəsini asanlaşdırmaq məqsədilə quraşdırılmış kameralarla çəkilib.

 

Keçmiş işçilər “Reuters”ə bildiriblər ki, intim anların və qəzaların videoları 2019-2020-ci illər arasında Kaliforniyanın San Mateo şəhərindəki “Tesla” ofisində çalışanlar arasında şəxsi təkbətək söhbətlər vasitəsilə “meşə yanğını kimi” yayılıb.


“Tesla” onlayn “Müştəri Məxfilik Bildirişi”ndə qeyd edir ki, “kamera qeydləri anonim qalır və sizinlə və ya avtomobilinizlə əlaqəli deyil”.

 

Lakin 7 keçmiş işçi “Reuters”ə açıqlayıb ki, onların işdə istifadə etdikləri kompüter proqramı görüntülərin harada qeydə alındığını göstərə bilirdi, bu isə “Tesla” sahiblərinin daim  addım-addım izlənməsi kimi bir şeydir.

 

"Biz insanların qarajlarını və şəxsi mülklərini görə bilirdik", keçmiş işçilərdən biri deyir: “Tutaq ki, “Tesla” müştərisinin qarajında qeyri-adi bir şey var, bilirsiniz, insanlar bu cür şeyləri yayımlayırlar”.

 


Başqa bir işçi, "intim səhnələr" də daxil olmaqla, bir çox skandal anları gördüyünü bildirir. 

 

Hətta işçilər “Tesla”nın rəhbəri İlon Maskın öz evinə də göz gəzdiriblər. Təxminən üç il əvvəl bir sıra təsadüflər nəticəsində qarajın içərisində park edilmiş unikal sualtı avtomobilin videosu paylaşılıb. Avtomobil 1977-ci ildə Ceyms Bond filmi "Məni Sevən Casus"da istifadə edilmiş " Wet Nellie" ləqəbli ağ Lotus Esprit SUB avtomobili idi. Onu İlon Mask 2013-cü ildə, hərracda təxminən 968 000 dollara almışdı. Maskın bu görüntülərin varlığından xəbəri olub-olmaması məlum deyil. O, “Reuters”in bu barədə sorğusuna cavab verməyib. 

 

Keçmiş işçilərdən biri 2021-ci ildə baş verən qəza anını əks etdirən videoda “Tesla”nın velosiped sürən uşağı vurmazdan əvvəl yaşayış massivində yüksək sürətlə hərəkət etdiyi anların əks olunduğunu deyir. Görüntülərdə uşaq və velosiped havada müxtəlif istiqamətlərə uçub.

 


İşçilərin sözlərinə görə, gülməli yol nişanlarının və ya itlərin şəkilləri də daxil olmaqla, daha adi videolar “Photoshop”a yüklənib, onlardan əyləndirən başlıqlarla memlər hazırlanıb. 

 

“Reaksiyaya səbəb olacaq maraqlı bir şey görəndə, onu dərhal paylaşardıq, sonra, fasilədə insanlar yaxınlaşıb deyərdilər: “Gördüm, gülməli idi", - şirkətin keçmiş şəkil redaktoru deyir. "Rəhbər vəzifələrə yüksələn insanlar bu gülməli anların çoxunu paylaşıblar və gülməli olduqları üçün şöhrət qazanıblar", - o qeyd edir.

 

“Tesla” ictimaiyyətə açıq olan “Matermost” kanallarında görüntülərin yersiz paylaşılmasına qarşı bəzən sərt tədbirlər görüb. 

 

“Düzünü desəm, bu, şəxsi həyatın toxunulmazlığının pozulması idi. Və mən həmişə zarafat edirdim ki, onların bəzi insanlarla necə rəftar etdiklərini gördükdən sonra heç vaxt “Tesla” almayacağam”, - keçmiş işçilərdən biri deyib.


Qeyd edək ki, Çində bəzi hökumət binaları və yaşayış məhəllələrində kameralarla bağlı narahatlıqlara görə “Tesla”ya qadağa qoyulub.

 

İlon Mask 2021-ci ildə Çin forumunda virtual çıxışında deyib ki, “Tesla” avtomobilləri “Çində və ya hər hansı bir yerdə casusluq etmək üçün istifadə edilərsə, şirkət bağlanacaq”.

 

Məsələ ilə bağlı şərh verməsi üçün “The Telegraph” da “Tesla” ya müraciət edib.

 

Hələlik, bu barədə şirkət və ya İlon Mask heç bir açıqlama verməyib. 

 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Lavrov: "Qərb artıq qırmızı xətti keçir"

Rusiya Qərb ölkələri ilə münaqişəni genişləndirmək istəmir, lakin onlar “qırmızı xətləri” keçirlər.   Sfera.az xəbər verir ki, bu sözləri R...

Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? - VİDEO

Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzdə göstərilmir...   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ölk...

"Qarabağ" "Neftçi"ni darmadağın etdi - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

“Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb

Addams ailəsi, əsasən də onların qızı haqqında Tim Burtonun “Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb. Video “Netflix&r...

Xalq artistləri Leyla və Arzu Əliyeva ilə bir arada - FOTOLAR

Xalq artisti Murad Adıgözəlzadə sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, Azərbaycan Dövlət Filarmoniyasının di...

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Ötən ilin dekabrında “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim...