Latviya buna görə NATO-nun şərq cinahını gücləndirməyə çağırır

Latviya buna görə NATO-nun şərq cinahını gücləndirməyə çağırır

NATO-ya üzv ölkələr arasında razılaşma nəticəsində şərq cinahının gücləndirilməsi qərara alınıb. Bunu KİV-ə müsahibəsində Latviya prezidenti Egils Levits deyib.


Sfera.az bildirir ki, Latviya prezidenti Egils Levitsin sözlərinə görə Avropada sülhü qorumaq üçün hərbi imkanlara sərmayə qoymaq və şərq cinahı gücləndirmək lazımdır. Qərb Rusiyanın Ukraynada qələbəsinin qarşısını almaq üçün hər şeyi etməlidir.


Jurnalistlərin Levitsin öz bölgəsində alyans qüvvələrinin daha çox olmasını dəstəkləyib-dəstəkləmədiyi sualına siyasətçi:
 

“Rusiyanın təcavüzü ilə əlaqədar NATO-nun hərbi potensialı gücləndirilməlidir”-cavabını verib.

 

"2022-ci ilin yayında NATO sammitində razılaşdıq ki, alyansın şərq cinahı gücləndirilməlidir. Hərbi potensial artırılmalıdır və bizim təkcə Baltikyanı regionda deyil, həm də şərq cinahında daha çox NATO əsgərimiz olacaq. NATO doktrinası Rusiyanın təcavüzü ilə əlaqədar öz hərbi potensialını gücləndirməklə Rusiya Federasiyasını cilovlamaqdan ibarətdir”.


Onun sözlərinə görə, bu gün hərbi potensiala qoyulan sərmayələr, ilk növbədə, Avropada sülhün qorunmasına yönəldilən investisiyalardır.
 

Onun sözlərinə görə, hərbçilərin bölgələrdə daimi yerləşdirilməsi həm də hərbi alyansın şərq cinahının gücləndirilməsi üçün zəruridir və aqressiv deyil, müdafiə xarakteri daşıyır.
 

"NATO sırf müdafiə ittifaqıdır və Rusiyanın paranoid arqumentinə girmək bizim üçün axmaqlıq olardı. Düşünmürəm ki, Almaniyada, məsələn, kimsə Rusiyaya hücum etmək barədə düşünür. Digər tərəfdən, Rusiya daha əvvəl Gürcüstana hücum etdiyi kimi, Ukraynaya da hücum etdi.Digər ölkələr üçün də real təhlükə var.Bunun fonunda NATO-ya daxil olmaq təbii reaksiyadır”- deyə Levits bildirib.


Egils Rusiya prezidenti Vladimir Putinin Belarusda nüvə silahı yerləşdirmək qərarı ilə bağlı müttəfiqlərlə məsləhətləşmələr apardığını bildirib.


"Hazırda NATO hesab edir ki, ümumilikdə bu, hərbi vəziyyəti dəyişmir. Çünki hərbi nöqteyi-nəzərdən nüvə silahlarının bilavasitə harada yerləşməsi o qədər də vacib deyil. Amma təbii ki, bu, ABŞ-ın göndərdiyi siyasi siqnaldır. Moskva: Rusiya sülh istəmir, Rusiya Ukraynada təcavüzü davam etdirmək istəyir” deyir”- Latviya lideri vurğulayıb.


O, həmçinin vurğulayıb ki, həm NATO, həm də Avropa İttifaqı, ilk növbədə, Ukraynaya lazım olan bütün silah sistemləri ilə necə dəstək verəcəyini düşünməlidir ki, bu müharibədə qalib gələ bilsin.


Qeyd edək ki, ötən gün məlum olub ki, ABŞ, Almaniya və Macarıstan Ukraynanın NATO-ya üzvlüyü üçün zəruri olan yol xəritəsinin verilməsini dəstəkləməyib. Eyni zamanda, ölkələrin nümayəndələri Ukraynaya texniki və maliyyə yardımlarını davam etdirəcəklərini bəyan ediblər.
 

Ötən gün Birmingem Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Devid Dann bildirib ki, Ukrayna Finlandiya ssenarisi üzrə NATO-ya daxil ola bilməyəcək, çünki bu proses Rusiya Federasiyası ilə Avropa arasında açıq münaqişəyə səbəb ola bilər.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Lavrov: "Qərb artıq qırmızı xətti keçir"

Rusiya Qərb ölkələri ilə münaqişəni genişləndirmək istəmir, lakin onlar “qırmızı xətləri” keçirlər.   Sfera.az xəbər verir ki, bu sözləri R...

Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? - VİDEO

Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzdə göstərilmir...   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ölk...

"Qarabağ" "Neftçi"ni darmadağın etdi - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

“Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb

Addams ailəsi, əsasən də onların qızı haqqında Tim Burtonun “Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb. Video “Netflix&r...

Xalq artistləri Leyla və Arzu Əliyeva ilə bir arada - FOTOLAR

Xalq artisti Murad Adıgözəlzadə sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, Azərbaycan Dövlət Filarmoniyasının di...

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Ötən ilin dekabrında “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim...