Ukraynalı qadın Polşada ikinci əl gödəkçə aldı, cibindən görün nə tapdı? - FOTO

Ukraynalı qadın Polşada ikinci əl gödəkçə aldı, cibindən görün nə tapdı? - FOTO

Ukraynalı qadın Polşa mağazalarından birində ikinci əl gödəkçə alıb və cibində qaçqınlara ünvanlanmış təsirli məktub tapıb.
 

Sfera.az bildirir ki, qadın evə gələrək paltarları yoxlamağa başlayıb. Sonra kurtkanın cibində bir qeyd görüb. Məlum olub ki, gödəkçə polşalı Olya adlı qadına məxsusdur. O, ukraynalılara kömək etmək üçün əşyalarını verib.
 

Bir vərəqdə üç dildə yazılar olub:


"Ukrayna, polyak və ingilis. Bir dildə: “ümidsiz olmayın, çünki rus psixopatı heç vaxt Ukrayna xalqını kimliyindən, ləyaqətindən və milli qürurundan məhrum etməyəcək” yazılıb.


“Hörmətli Ukraynadan olan qonşular, mən dualarımda sizi düşünürəm”.


Vərəqin arxa tərəfində ukrayna dilində olan yazını oxuya bilərsiniz: “Yaşasın azad və müstəqil Ukrayna”!
 

İngilis dilində müəllifin Ukrayna xalqı üçün dua etdiyi qeyd olunub.
 

Məktubla birlikdə gödəkçəni alan ukraynalı qadın qeyd edib ki, paltar qaçqınlar üçün çox güman ki, hədiyyə olmalı idi, lakin satışa çıxarılıb. İndi qadın məktubun müəllifini axtarır, ona təşəkkür etmək niyyətindədir.
 

Jurnalistlər qadının alış-veriş etdiyi Bydgoszcz şəhərindəki ikinci əl geyim mağazasına zəng ediblər. Satıcılar izah ediblər ki, işlənmiş əşyalar almırlar, ona görə də ukraynalılar üçün nəzərdə tutulan paltarların onlara necə çatdığını bilmirlər.

 

Aysel

Sfera.az


 


OXŞAR XƏBƏRLƏR

Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? - VİDEO

Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzdə göstərilmir...   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ölk...

"Qarabağ" "Neftçi"ni darmadağın etdi - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

“Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb

Addams ailəsi, əsasən də onların qızı haqqında Tim Burtonun “Çərşənbə” serialının ikinci mövsümünün yeni treyleri yayımlanıb. Video “Netflix&r...

Xalq artistləri Leyla və Arzu Əliyeva ilə bir arada - FOTOLAR

Xalq artisti Murad Adıgözəlzadə sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, Azərbaycan Dövlət Filarmoniyasının di...

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Ötən ilin dekabrında “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim...

SOCAR BP ilə memorandum imzaladı

Bu gün Bakıda BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR ) arasında BP-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə ...