Mədə yanmasına Təsirli Çözüm - Mədə qıcqırtılarından belə qurtulun!

Mədə yanmasına Təsirli Çözüm - Mədə qıcqırtılarından belə qurtulun!
Çoxumuzun yaşadığı mədə yanmasına təsirli və sağlam həll.
Sfera.az bildirir ki, mədə yanması son zamanlarda tez-tez rast gəlinən və orta hesabla bir neçə saat davam edən bir narahatlıqdır. Bu narahatlıq zamanı ağızda və ya boğazda ağrı və ya turş bir dad meydana gəlir. Bu xəstəlik ümumiyyətlə həzmsizlik kimi adlandırırlar. Cəmiyyətdə mədə qıcqırması kimi adlandırılan bu xəstəlik zamanı ümumiyyətlə sinə ağrısı meydana gəlir. Mədə yanmasının nə qədər narahat edici bir problem olduğunu çəkən bilir deyək və sizlər üçün yığdığımız həll təkliflərinə keçək ...
Mədə yanmasından şikayətçi olanlar xüsusilə yağlı və turşulu yeməklərdən uzaq dayanmalıdır. Qreypfrut, şokolad, qəhvə, spirt və yağlı qidalarla təkan verilən ağrılar, Reflüksa səbəb ola bilir. Bunların yerinə mədənizlə dost qidaları kiçik porsiyalarla yeməyi təcrübə edə bilərsiniz. Budur mədə yanmasına təbii həllər ...
Mədə yanması üçün praktik bitki mənşəli həllər:
1-Bir fincan kök suyu, 1 desert qaşığı kələm suyu və 1 desert qaşığı balla qarışdırılır. Kök suyu yerinə kartof suyu da istifadə edilər qarışıqdan günorta yeməyindən 1 saat əvvəl və yatarkən olmaqla b gündə 2 dəfə yeyilir.
2-Bir çay stəkanı isti suya 1 çay qaşığı bal və yarım limon sıxılıb içilir.
3-Yeməklərdən sonra nanə və çobanyastığı çayı içilməlidir. Yeməklərdən əvvəl isə eyni səfa çayı, nərgiz çayı, kantaron çayı, kətan toxumu, biyan kökü kimi bitkilərdən çay edilərək içilir.
 
 

Aydan 

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.



OXŞAR XƏBƏRLƏR