““KamAz” sürücülərinin necə hoqqalardan çıxdığı...” - Ekspert

““KamAz” sürücülərinin necə hoqqalardan çıxdığı...” - Ekspert

Ötən gün Bakı-Salyan yolunda baş verən ağır qəzada əsas müzakirə olunan mövzulardan biri də sürücünün təvəllüdü olub. Əksəriyyət həmin yaşda şəxsin “Kamaz” markalı yük avtomobilindən istifadə etməməli olduğunu qeyd edib.

 

Bu məsələ ilə bağlı Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı  bilirib ki, sürücünün təvəllüdü ilə bağlı heç bir problem yoxdur:

 

“Adamın artıq 22 yaşı var və sürücülük vəsiqəsi 18 yaşında verilir. Şəxs həmin yaşda kateqoriya üzrə vəsiqə əldə edirsə, avtomatik olaraq digər kateqoriyanı da 20 yaşında əldə etmək imkanına malikdir. Sürücülük təcrübəsi burada maneə yaratmır. Ona görə də bu, fantastik problem deyil ki, qabardılsın. Sadəcə, bəziləri özünü hər şeyi bilən kimi göstərir və əslində elə olmadığını görürük. Qəzada iştirak edən sürücü dediyinə görə qazidir. Ola bilsin, bundan təsirlənib, psixoloji problemləri olub, döyüş vaxtı travmalar alıb, bəlkə də həmin kateqoriyalı maşını idarə etməməli idi. Bu mövzuda çox suallar var və onları açıqlamaq istintaqın işidir”.

 

Müsahibimiz deyib ki,  hansısa döyüşün iştirakçısı olmaq heç kimə belə əməli törətməyə haqq vermir:

 

“Bəzən hadisələrin qaçılmaz olduğunu deyirlər. Bu, belə deyil. Ola bilsin, sürücü yuxulayıb, yorğun olub. Sükana sahib çıxmağı bacarmırsansa, bu yola getməməlisən. Xüsusən də ağır tonnajlı yük maşını idarə edirsənsə...

 

Görünür, adamın normal istirahət rejimi olmayıb ki, dayanmış maşını o vəziyyətdə vurub. Bəzən “Tik-tok” sosial şəbəkə platformalarındakı məhz “KamAZ” sürücülərinin kanallarını izləyirəm, biabırçılıqdır. Əksəriyyətinin fikri yolda deyil, canlı yayımda olurlar – biri ayağını pəncərədən çıxarır, kəmər taxmır, biri digər maşınların sürücüsü ilə ötüşür, onunla zarafat edir və.s.  Sosial şəbəkələri izləyəndə “KamAz” sürücülürənin necə hoqqalardan çıxdığını görə bilərsiniz”.

 

Qeyd edək ki, “Sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi qaydaları” haqqında təlimata görə, "B" və "C" kateqoriyasından olan nəqliyyat vasitələrini idarəetmə hüququ 18 yaşdan başlayır.  ("B" kateqoriyasına - "A" kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kiloqramdan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobillər, “C”  kateqoriyasına isə "D" kateqoriyasına  aid edilməyən, icazə verilən maksimum çəkisi 3.500 kiloqramdan artıq olan avtomobillər daxildir).

 

Xatırladaq ki, ötən gün 2001-ci il təvəllüdlü Dadaşov Əli Səfail oğlunun idarə etdiyi “Kamaz” markalı 42-BM-084 dövlət qeydiyyat nişanlı yük avtomobili  yolun kənarında dayanmış “Hyundai Accent”i vurmuş və nəticədə 4 nəfər ölmüşdü. 

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Uşaqlı qadınların əlavə məzuniyyət günləri nə qədərdir?

Yay mövsümü başlayandan artıq çoxları istirahət planları qurur, məzuniyyət götürərək ailələri ilə dincəlmək istəyirlər.   Xüsusilə uşaqlı qadınlar üç...

Polşa klubu “Qarabağ”ın futbolçusuna təklif göndərdi

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Toral Bayramovun heyətinə qatmaq istəyən Polşa klubunun adına aydınlıq gəlib.   Sfera.az&nb...

Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama

Azərbaycanın Rus icması Yekaterinburqda Rusiya güc strukturlarının qəddarlığını qətiyyətlə pisləyib.   Sfera.az xəbər verir ki, bu barədə icmanı...

Yekaterinburqda həbs edilən azərbaycanlıların sayı 5-ə çatdı - FOTO

  Yekaterinburq Lenin Rayon Məhkəməsində şübhəli şəxs kimi saxlanılmış Əhliman Gənciyev barəsində 3 gün müddətində həbs qətimkan tədbiri seçilib. &nb...

Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara yekun vurulub - FOTOLENT

Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş “Gənc xilasedici” XI Beynəlxalq ya...

İyulun bəxtəvər bürcləri- pula pul deməyəcəklər

Yeni ay bürclərə yeni fürsətlər və bolluq vəd edir. Astroloqların proqnozlarına görə, iyul ayında bəzi bürclər üçün xüsusilə maddi baxımdan uğurlu dönəm olacaq....