İdxal edilən minik avtomobillərinin 1 faizi iri mühərrikli olub - STATİSTİKA

İdxal edilən minik avtomobillərinin 1 faizi iri mühərrikli olub - STATİSTİKA

Azərbaycana hər il xaricdən çoxlu sayda minik avtomobili gətirilir. 


Sfera.az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, gətirilən avtomobillərin əksəriyyəti kiçik həcmli mühərrikə sahib olan maşınlardır. 


İdxalda kiçik həcmli avtomobillərə üstünlük verilməsi təsadüfi deyil. Çünki son illərdə avtomobil idxalı üzrə rüsum və vergilərin artırılması iri həcmli mühərrikə sahib olan avtomobillərin idxalını əlverişsiz edib. Buna görə də fərdi şəxslər və avtomobil ticarəti ilə məşğul olan hüquqi şəxslər xaricdən əsasən kiçik həcmli mühərriki olan avtomobillər gətirir. 


Bəs gətirilən minik avtomobillərinin sayı mühərrik həcmlərinə görə necə fərqlənir?


2022-ci ilin yekunlarına dair məlumata əsasən ölkəmizə 68,7 min ədəd minik avtomobili idxal edilib. 


İdxal edilən minik avtomobillərinin təxminən 30 min ədədinin mühərikkinin həcmi 1500-3000 kub santimetrdir. Bu avtomobillərdən 17 146 ədədi benzinlə işləyən mühərrikə sahib olub. Təxminən 14 min avtomobil isə dizel mühərriki ilə təchiz edilib. 


Daha çox idxal edilən digər avtomobillərin mühərrikinin həcmi 1500 kub santimetrə qədər olanlardır. Onların 17 162 ədədi benzin, qalanı dizellə işləyən avtomobillərdir.


Bu avtomobillərdən başqa Azərbaycana 10 957 ədəd hibrid mühərrik sisteminə sahib maşınlar idxal edilib. Onların mühərrik həcmi əsasən 1800 kub satimetrə qədərdir və bu avtomobillər benzinlə işləyir. 


İri mühərrikli, yəni həcmi 3000 kub santimerdən böyük olan avtomobillərdən isə cəmi 671 ədəd idxal edilib. İri mühərrikli avtomobillər bütün minik avtomobillərinin 1 faizini təşkil edir. 


Vasif

 

 


OXŞAR XƏBƏRLƏR

Uşaqlı qadınların əlavə məzuniyyət günləri nə qədərdir?

Yay mövsümü başlayandan artıq çoxları istirahət planları qurur, məzuniyyət götürərək ailələri ilə dincəlmək istəyirlər.   Xüsusilə uşaqlı qadınlar üç...

Polşa klubu “Qarabağ”ın futbolçusuna təklif göndərdi

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Toral Bayramovun heyətinə qatmaq istəyən Polşa klubunun adına aydınlıq gəlib.   Sfera.az&nb...

Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama

Azərbaycanın Rus icması Yekaterinburqda Rusiya güc strukturlarının qəddarlığını qətiyyətlə pisləyib.   Sfera.az xəbər verir ki, bu barədə icmanı...

Yekaterinburqda həbs edilən azərbaycanlıların sayı 5-ə çatdı - FOTO

  Yekaterinburq Lenin Rayon Məhkəməsində şübhəli şəxs kimi saxlanılmış Əhliman Gənciyev barəsində 3 gün müddətində həbs qətimkan tədbiri seçilib. &nb...

Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara yekun vurulub - FOTOLENT

Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş “Gənc xilasedici” XI Beynəlxalq ya...

İyulun bəxtəvər bürcləri- pula pul deməyəcəklər

Yeni ay bürclərə yeni fürsətlər və bolluq vəd edir. Astroloqların proqnozlarına görə, iyul ayında bəzi bürclər üçün xüsusilə maddi baxımdan uğurlu dönəm olacaq....