"İransifətlilərin interneti kəsilib, danışan təkcə Cəmil Həsənlidir..." - Deputat

Siyasət
12:05 / 07.04.2023
4215
"İran Azərbaycan üzərinə səlib yürüşü edir".
Sfera.az xəbər verir ki, bunu deputat Elşən Musayev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.
“Narkoticarətlə məşğul olan dövlətin müsəlmanlıqdan danışması yanlışdır. Dindən başqa hər şeylə məşğul olan, məscidlərimizdə Ermənistanın donuz saxlamasına göz yuman dövlətin islam dəyərlərindən danışması yanlışdır. İran 210 sifətli dövlətdir. İran anlamalıdır ki, onun qarşısındakı kimdir. İranla aramızdakı fərq zehniyyət fərqidir, beyin məsafəsidir. Niyəsə Azərbaycanda iransifətlilərin, casuslarının səsi kəsilib. Deyəsən, onların interneti kəsilib. Təkcə danışan Cəmil Həsənlidir. Tanrı dövlətimizi fürsətçillərdən, cahillərdən qorusun” , - deputat bildirib.