"Volodimir Zelenski buna görə xalqla hesablaşmalıdır" - ABŞ rəsmisindən MÜHÜM AÇIQLAMA

“Ukrayna ordusunun hücumu çox güman ki, yaxın həftələrdə başlayacaq və Ukrayna hökuməti Krıma nəzarəti geri qaytarmağa cəhd edən zaman əhalinin rəyini dinləməlidir”.


Sfera.az RBC-ya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Almaniyanın “Funke” nəşrinə verdiyi müsahibəsində deyib. 


“Bu qərarları Ukrayna qəbul etməlidir. Ukrayna demokratik ölkədir. Prezident Volodimir Zelenski ölkəyə rəhbərlik etmək üçün məsuliyyət daşıyır. Amma o, həm də ukraynalıların iradəsi ilə hesablaşmalıdır”, - Blinken bildirib. 


Dövlət katibi həmçinin vurğulayıb ki, Ukraynanın tərəfdaşlarının iki məqsədi var: Ukrayna Silahlı Qüvvələrinin hücumunun təşkilinə kömək etmək, həmçinin Ukraynanın orta və uzunmüddətli dövr üçün gücünü artırmaq. O, xəbərdarlıq edib ki, Rusiya siyasətini dəyişdirənə qədər ABŞ və digər Qərb ölkələri sanksiyalar vasitəsilə təzyiqi davam etdirəcək.


Vasif


OXŞAR XƏBƏRLƏR