"İsraildən dostluq görmüşük. İrandan nə görmüşük?" - Millət vəkili

"İran qədər islam adına xələl gətirən ikinci bir müsəlman dövləti olmayıb".

 

Sfera.az xəbər verir ki, bunu millət vəkili Nizami Cəfərov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.


“İran bu gün islam dövləti olduğunu iddia edir. Qeyd edim ki, İran daim atəşpərəstlik dininə sitayiş edib. İran qədər İslam adına xələl gətirən ikinci bir müsəlman dövləti olmayıb. İran bir millətin yaşamaq hüququnu alan dövlətdir. İranda azərbaycanlıların qurduğu dövlətin sayı-hesabı yoxdur. İran bu qədər zəngin tarixi siyasəti olan millətin həqiqətlərini əlindən alır. İran Azərbaycanın İsraillə diplomatik işlərinə qarışmasın. Çünki bu, Azərbaycanın daxili işidir. Biz İsraildən dostluq görmüşük. İrandan nə görmüşük? Ancaq xəyanət. Ona görə də İran parlamenti öz keyfiyyətini artırmaqla məşğul olsun” – deputat deyib.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR