“İran Ermənistanla öpüşüb qucaqlaşaqmaq əvəzinə...” - Deputat

"Azərbaycan Fələstin məsələsinin beynəlxalq qətnaməyə uyğun həllini dəstəkləyir, Fələstinə humanitar yardım göstərir".
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Azər Badamov bildirib.
"İran islam dini pərdəsi altında öz bədxah niyyətlərini realaşdırmağa çalışır. Belə olmasa, Azərbaycana qarşı düşmən siyasətini yeritməzdi. İran nə üçün islamı təhqir edən Ermənistanın yanındadır? İran sərhədimizdə təlimlər keçirir, Tehrandakı səfirliyimizdə terror törədir, ölkəmizdə radikal qruplar hazırlayır. İran Azərbaycanın uğurlarını həzm edə bilmir. Ölkəmiz müstəqildir və ölkələrlə müstəqil əlaqələr qurur, diplomatik əlaqələri inkişaf etdirir. İran parlamenti yaxşı olardı ki, özünün antiislam dəyərlərindən əl çəksin. İran Ermənistanla öpüşüb qucaqlaşaqmaq əvəzinə Azərbaycanla müzakirəyə girməlidir".
Əzizə Zeynal