Spikerdən İrana MESAJ: "Daxili işlərimizə qarışmayın!"

Siyasət
11:12 / 07.04.2023
3719
Təəssüf ki, Azərbaycan torpaqlarını 30 il əsarət altında saxlayan Ermənistana bir dəfə belə reaksiya verməyən İran bu gün Azərbaycanın İsraildə səfirlik açmasından narahat olur.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova bu gün keçirilən plenar iclasda çıxışı zamanı bildirib.
Sədr çıxışı ilə İrana mesaj yollayıb:
“Lakin bildirmək istəyirəm ki, bu, Azərbaycanın daxili işidir. Biz İranı Azərbaycanın daxili işinə qarışmamağa çağırırıq. İran Azərbaycan siyasətinə xələl gətirən hərəkətlərdən çəkinməli, üzərimizə böhtan atmamalıdır”.
Əzizə Zeynal