Azneft dairəsi iki günlük bağlanır

Azneft dairəsi iki günlük bağlanır

Bakının mərkəzi prospektində asfalt örtüyü dəyişdirilir.

 

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli Sfera.az-a bildirib ki, paytaxtın Azneft dairəsində asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir bərpa işləri aparılır:

 

"Bu gün saat 16:00-dan etibarən sabah günün sonunadək ərazi bağlanacaq. Bunu nəzərə alaraq sürücülərdən həmin ərazilərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edirik".


OXŞAR XƏBƏRLƏR