Dünya futbol tarixindəki ən “şərəfsiz” qolun acı hekayəsi - FOTO/VİDEO

Dünya futbol tarixindəki ən “şərəfsiz” qolun acı hekayəsi - FOTO/VİDEO

Dünya futbolu tarixinin ən mühüm hadisələrindən biri olan Dünya Kuboku uğrunda mübarizə aparan Sovet İttifaqı və Çili arasındakı matçın hekayəsini bilirdinizmi?

 

Sfera.az bu tarixi mövzu haqqında yazını təqdim edir.

Avropadan səkkiz komanda və Cənubi Amerikadan 2 komanda 1974-cü ildə Qərbi Almaniyada keçiriləcək Dünya Çempionatına seçmə mərhələdən birbaşa vəsiqə qazanacaqdı. Bundan əlavə, Avropadan bir komanda və Cənubi Amerikadan bir komanda atlama matçlarını keçirəcək və Qalib komanda Dünya Kuboku biletini alacaqdı.

11 sentyabr 1973-cü ildə Çilinin faşist diktatoru Aqusto Pinochet 1970-ci ildə azad seçkilərlə hakimiyyətə gələn sosialist Salvador Allendeni qanlı çevrilişlə devirdi; minlərlə insan işgəncələrə məruz qaldı, minlərlə insan öldürüldü, Allende isə çevrilişə müqavimət göstərərkən öldürüldü.

Sovetlər Pinoçet hökumətini tanımadı və Çili ilə bütün diplomatik əlaqələri kəsdi.

Xarici mətbuata danışmaqdan qorxan rejim komandaya son anda icazə verdi.

Moskvada keçirilən ilk oyun jurnalistlərin və kameraların qadağan edildiyi gərgin atmosferdə keçib və 0:0 hesabı ilə yekunlaşıb.

İkinci oyun isə Santyaqodakı “Estadio Nacional”da keçirilməli idi. Sovetlər yüzlərlə siyasi məhbusun işgəncələrə məruz qalaraq öldürüldüyü bu stadionda oynamaqdan imtina etdilər. Sovetlər, matçın neytral ölkədə baş tutmayacağı təqdirdə Çilidəki başqa stadionda oynanılmasını tələb edib. FİFA və Çili təklifləri rədd edib.

Sovet İttifaqı FİFA-nın qərarlarına reaksiya verərək, oyunçularını Çiliyə göndərmədikdə, FİFA Çilinin defolt olaraq 2:0 hesablı qələbə qazandığını elan edib. Lakin oyunun açıqlanan gün və saatda simvolik olaraq oynanılacağını açıqlayıb. Çili yığması tam tribuna önündə meydana rəqibsiz çıxıb.

Budur : “Dünya futbol tarixinin ən şərəfsiz qolu”

Eyni stadionda dəhşətli işgəncələrə məruz qalaraq qətlə yetirilən çilili musiqiçi Viktor Jaranın öldürülməzdən az əvvəl yazdığı Estadio Chile adlı şeirin/mahnının ingiliscə versiyası, ABŞ musiqiçisi Pete Seeger oxuyur.
 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

MİQ-də qiymətləndirmə bu meyarlarla aparılır

“Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə imtahanda namizədlər fənn, pedaqogika və fənnin tədrisi metodikası üzrə suallar əsasında qiymətləndirilirlər”. ...

"Namizədlər arasında gənclər çoxdur"- MÜTDA rəsmisi

“Üç gündür davam edən imtahan prosesi sabah və növbəti gün də keçiriləcək. 70 minə yaxın müraciətin daxil olması müəllimlik peşəsinə marağın artmasından x...

Bakının bəzi ərazilərində su kəsiləcək - Magistral Kəmər Yenilənir

Bakıda magistral su kəməri yenilənir.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin ...

“1001 Sevinc”də 1 manata 5 "iPhone 16 Pro Max" uduldu

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”  oyunçularını sevindirməyə davam edir.  Bu dəfə ...

"Sabit tarif aylıq 1 manatı aşmayacaq" - Nazir müavini

"Sabit tarifin tətbiqində məqsəd xidmətin keyfiyyətinin artırılması, xərclərin istehlakçılar arasında daha ədalətlə bölünməsi və bunun tariflərin artırılma...

Yeni cərimələr müəyyənləşdi

Qeyri-hökumət təşkilatı tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına dair cərimələr müəyyənləşdi...