ÜST-dən sonsuzluqla bağlı HESABAT - Hansı ölkələrdə vəziyyət daha kritikdir?

ÜST-dən sonsuzluqla bağlı HESABAT - Hansı ölkələrdə vəziyyət daha kritikdir?

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, dünyada hər 6 yetkin insandan 1-i sonsuzluq problemi ilə üzləşir.

 

Sfera.az xəbər verir ki, ÜST-ün dərc etdiyi hesabata görə, dünyada bir çox insan həyatı boyu sonsuzluq problemi yaşayır.

 

Bildirilir ki, yetkin əhalinin 17,5 faizi sonsuzluqdan əziyyət çəkir, bu isə münasib qiymətə, yüksək keyfiyyətli sağlamlıq xidmətinə çıxış imkanlarının artırılmasına təcili ehtiyac olduğunu göstərir: 

 

“Sonsuzluq qlobal sağlamlıq problemi kimi önə çıxır. Sonsuzluq səviyyəsi yüksək gəlirli ölkələrdə 17,8 faiz, orta və aşağı gəlirli ölkələrdə isə 16,5 faiz təşkil edir”, - deyə ÜST bildirir.

 

Qurumun hesabatında qeyd olunur ki, xəstəliyin diaqnostikası və müalicəsi ilə bağlı həll yolları, o cümlədən süni mayalanma və sonsuzluq üçün digər reproduktiv texnologiyalar üçün kifayət qədər maliyyə olmadığı görünür. Bir çox insan yüksək xərclər və sosial stiqma səbəbindən müalicə ala bilmir. 

 


Məlumata görə, bir çox ölkədə insanlar sonsuzluqla bağlı müalicələri əsasən özləri maliyyələşdirirlər. Aşağı gəlirli ölkələrdə olanlar yüksək gəlirli ölkələrlə müqayisədə gəlirlərinin daha çox hissəsini bu problemə xərcləyirlər. 


Həmçinin bildirilir ki, sonsuzluq insanların psixi və psixososial rifahına təsir göstərir. 

 

Hesabatda fikirləri yer alan ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesus sonsuzluğun ayrı-seçkilik olmadan hər kəsə təsir etdiyini bildirib: "Sonsuzluqdan təsirlənənlərin nisbəti onu göstərir ki, bununla bağlı sağlamlıq xidmətlərinə çıxış imkanları genişləndirilməli və bu məsələ artıq səhiyyə sahəsindəki araşdırmalardan və siyasətdən kənarda qalmamalıdır”.

 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...

Azərbaycana son 100 ilin ən sərt qışı gəlir - XƏBƏRDARLIQ

Dünya Meteorologiya Təşkilatı (VMO) 2024-cü ilin qış mövsümünün daha soyuq keçəcəyi barədə xəbərdarlıq edib.   Sfera.az xəbər verir ki, təşkilatın ek...

"Rəqib məcbur edir ki, daha sürətli oynayaq" -Qurban Qurbanov

“Dövlət suverenliyi münasibətilə xalqımızı təbrik edirəm. Bizim üçün əlamətdar gündür. Oyuna gəldikdə, vacib qələbə oldu. Çox yaxşı komandaya qarşı oynayı...

Növbəti Kennedi qalmqalı: Məşhur jurnalist evli siyasətçi ilə münasibətinə görə işindən uzaqlaşdırılıb

“New York Magazine” jurnalının siyasi müxbiri, 31 yaşlı Oliviya Nuzzi 70 yaşlı siyasətçi kiçik Robert Kennedi ilə münasibəti məlum olduqdan sonra iş...