Pullarını çoxaldacağını vəd etdiyi 12 nəfəri öldürdü, evinin bağçasında basdırdı – Şamandan inanılmaz əməl

Pullarını çoxaldacağını vəd etdiyi 12 nəfəri öldürdü, evinin bağçasında basdırdı – Şamandan inanılmaz əməl

İndoneziyanın Mərkəzi Yava əyalətinin Banjarneqara şəhərində 45 yaşlı şaman Slamet Tohari qətl törətməkdə ittiham olunaraq saxlanılıb.


Sfera.az xarici mətbuata istinadən bildirir ki, şamanın pullarını çoxaldacağını vəd edərək aldatdığı insanları öldürdüyü üzə çıxıb. 


Evinin bağçasında 12 nəfərin cəsədi tapılan Tohari əməllərini etiraf edib.

 

Polisin açıqlamasına görə, şaman aldatdığı insanlar pulu geri istədikdə onları zəhərləyib.


Toharinin törətdiyi qətllər, öldürdüyü şəxsin oğlunun polisə xəbər verməsi ilə üzə çıxıb. Sonuncu dəfə həmin şəxsdən martın 24-də xəbər alınıb. O, oğluna mesaj yazaraq harada olduğunu deyib və evə qayıtmayacağı təqdirdə polisə məlumat verməsini istəyib. 

 

Şikayət səbəbilə polis şamanın evinə basqın edib və ərazidə çoxlu qəbirlərin olduğu müəyyən edilib. Bəzi məzarlarda 2-3 nəfərin cəsədi tapılıb, öldürülənlər 25-50 yaş arasında olub. Onlardan bəzilərinin təxminən 6 ay öncə dəfn edildiyi müəyyən olunub.


Slamet Toharinin daha öncə 2019-cu ildə saxta pula görə həbs edildiyi açıqlanıb. Şamanın törətdiyi qətllərə görə isə ölüm cəzası alacağı gözlənilir.

 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...

Azərbaycana son 100 ilin ən sərt qışı gəlir - XƏBƏRDARLIQ

Dünya Meteorologiya Təşkilatı (VMO) 2024-cü ilin qış mövsümünün daha soyuq keçəcəyi barədə xəbərdarlıq edib.   Sfera.az xəbər verir ki, təşkilatın ek...

"Rəqib məcbur edir ki, daha sürətli oynayaq" -Qurban Qurbanov

“Dövlət suverenliyi münasibətilə xalqımızı təbrik edirəm. Bizim üçün əlamətdar gündür. Oyuna gəldikdə, vacib qələbə oldu. Çox yaxşı komandaya qarşı oynayı...

Növbəti Kennedi qalmqalı: Məşhur jurnalist evli siyasətçi ilə münasibətinə görə işindən uzaqlaşdırılıb

“New York Magazine” jurnalının siyasi müxbiri, 31 yaşlı Oliviya Nuzzi 70 yaşlı siyasətçi kiçik Robert Kennedi ilə münasibəti məlum olduqdan sonra iş...