Adelin yeni albomunda pərəstişkarlarını gözləyən SÜRPRİZ

Maqazin
22:22 / 06.04.2023
6452
ABŞ-ın Las-Veqas şəhərindəki konsertlərində salonları tam doldurmağa nail olan britaniyalı müğənni Adel ən gərgin günlərini yaşayır.
Sfera.az xarci mətbuata istinadən bildirir ki, ifaçının yeni albomu bir neçə həftəyə çıxacaq.
Albomları arasında uzun fasilələr verən 34 yaşlı müğənninin həyəcanlı olmasının əsas səsəblərindən biri də pərəstişkarlarını təəccübləndirməyə hazırlaşmasıdır.
Deyilənə görə, müğənni indiyə qədərki ən ruhlandırıcı və pozitiv mahnılarını məhz bu albom üçün səsləndirib. Yeni albomdakı mahnılar Adelin nişanlısı Riç Pol ilə yaşadığı xoşbəxtliyi əks etdirir.
Qeyd edək ki, müğənninin daha öncəki bir sıra mahnılarında həyat yoldaşı Saymon Konekkidən boşanmasının yaratdığı kədər təsvir edilmişdi.
Lalə
Sfera.az