İlon Mask xeyli sərvət itirib - Artıq Dünyanın ən varlı adamı odur – FOTO
“Forbes” 2023-cü ilin milyarderlərinin siyahısını açıqlayıb.
Sfera.az xəbər verir ki, “Tesla”, “Sapce X” və “Twitter”in sahibi İlon Mask "dünyanın ən varlı adamı" titulunu itirib.
Belə ki, hazırda dünyanın ən varlı şəxsi Fransanın lüks məhsullar nəhəngi “LVMH”nin rəhbəri Bernard Arnodur. Arno 211 milyard dollarlıq sərvətlə siyahıya başçılıq edir.
Ən varlı adamların yenilənən siyahısında zirvəyə yerləşən Bernard Arnonun şirkəti “Louis Vitton”, “Tag Heuer”, “Dior” kimi bir çox məşhur markaya ev sahibliyi edir.
Jurnalın məlumatına görə, ötən il 2 min 668 nəfər olan milyarderlərin sayı bu il 2 min 640-a düşüb.
Siyahıdakıların təxminən yarısının ötən illə müqayisədə sərvət itkisi yaşadığı bildirilib. İlon Mask ən çox sərvət itirənlər arasındadır. Ötən il 219 milyard dollar sərvəti olan iş adamı bu il 180 milyard dollarla ikinci yerdə qərarlaşıb. Siyahının üçüncü pilləsində yerləşən “Amazon” şirkətinin sahibi Ceff Bezosun isə 140 milyard dolları var. “Oracle”ın prezidenti Larri Ellison 107 milyard dollarla dördüncü, Uorren Baffet isə 106 milyard dollarlıq sərvəti ilə beşinci yerdə qərarlaşıb.
Lalə
Sfera.az